Yazdırma Seçimləri:

Uşaqlar Üçün:Küftəli Şorba 

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Bu gün sizlərə çox ləzzətli bir şorba reseptini təqdim edəcəyik. Bu resepti əsasən uşaqları nəzərə alaraq hazırladıq.
Ana südü ilə qidalanan uşaqlar böyüdükcə yemək menyuları da dəyişir , ana südü onları doyurmur. Bunu nəzərə alaraq hazırladığımız küftəli şorba resepti uşaqların sevərək tükədəcəyi bir yeməkdir. Bu şorba həm çox ləzzətli, həm də çox doyurucudur.

Küftəli şorba 

Küftəli Şorba Üçün Lazım Olan Ərzaqlar
 1 yemək qaşığı quru nanə
 duz
 istiot
 1 yemək qaşığı un
 1 stəkan bişmiş noxud
 2 ədəd pomidor
 3 diş sarımsaq
 50 q kərə yağ
 4 yemək qaşığı şəhriyə
Küftə Üçün
 1 dilim çörək içi
 250 q qiymə
Küftəli Şorba Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz əti yuyub suyunu süzdükdən sonra qiymə hazırlayın.
✅ Küftəyə qatacağınız çörək qırıqlarını isladın.
✅ İstifadə edəcəyiniz duzu və istiotu ayrıca kasalara yığın.
✅ Küftələri yığacağınız siniyi unlayın.
✅ İstifadə edəcəyiniz noxudu axşamdan yuyub isladın və suyunu süzüb bir qazanda bişirin.
✅ İstifadə edəcəyiniz kərə yağını bir kasaya yığın.
✅ Lazım olacaq sarımsaqları təmiləyib əzərək bir kasaya yığın.
✅ Şorbaya qatacağınız şəhriyəni də kasaya yığın.

Küftənin Hazırlanması 
2

✅Əvvəlcə küftələri hazırlayın.
✅Bunun üçün qiymənin içərisinə islatdığınız çörəyi qataraq yoğurun.
✅Sonra yoğurduğunuz qiymənin içərisinə duz və istiotu da əlavə edərək yenidən yoğurun.
✅Kiçik yuvarlaq küftələr hazırlayın.
✅ Bir sinini unlayın və hazırladığınız küftələri də unlayaraq siniyə yığın.

Küftəli Şorbanın Bişirilmə Qaydası 
3

✅Ocağı yandırıb qazanı üzərinə qoyun.
✅Qızdırdığınız q azana kərə yağını qoyun .
✅Yağ əriyəndə içərisinə unu və döyülmüş sarımsağı əlavə edin.
✅Sarımsaq bir az bişincə soyulmuş, küp-küp doğranmış pomidorları əlavə edin.
✅Bir neçə dəfə çevirin və yetərincə suyu qazana əlavə edin.
✅ Əvvəlcədən bişirib hazırladığınız noxudu suya əlavə edib bişirin.
✅Noxudlar bişdikdən sonra unlanmış hazır küftələri və şəhriyəni də qazana əlavə edin.
✅Küftələr bişincə ləzzətləndirmək üçün nanə, duz və istiotu əlavə edin.
✅Bir az qaynadıqdan sonra ocaqdan alın.

Qeyd!
4

✅18. aydan sonra körpəniz bu şorbadan yeyə bilər.
✅Ancaq əvvəlcə həkiminizə müraciət etməyi unutmayın!

Nuş Olsun!