Yazdırma Seçimləri:

Külçə (Südlü və şirin çörək)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti3 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt3 dəq

külçə

lazım olan ərzaqlar
 1 stəkan ilıq süd
  stəkan şəkər tozu
 100 q kərə yağı
 1 ədəd yumurta
 1 paket maya
 aldığı qədər un
 1 çimdik duz
 1 çimdik sarıkök
 ¼ çay qayığı küşniş toxumu, zəncəfil, hil, və s zövqə görə
 zövqə görə istəsəniz kişmiş də əlavə edə bilərsiniz
 1 çay qayığı xaş-xaş və çörək otu
Hazırlanma qaydası
1

külçə

Yağı əridin.
Südü ilıq isidin.
Mayanı ilıq suda qarışdırın və 10 dəqiqə saxlayın köpürsün.
Dərin bir qaba unu ələyib üstünə mayanı, yağı, südü, duzu, yumurtanın ağını, şəkər tozunu və ədviyyatları əlavə edib yumşaq xəmir yoğurun.
Xəmiri isti yerdə acımağa qoyun (2-3 saata acıyacaq).
Xəmiri qabdan çıxarıb kündələyin.
Qaba kağız sərib kündəni yığın.
Kündələri 2-2,5 sm qalınlıqda yayın.
180 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişirin.
Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz

Nuş olsun!