Yazdırma Seçimləri:

Külçə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti2 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt41 dəq

Külçə bişirmək çox rahatdır. Bu gün sizlərə Milli mətbəximizə məxsus olan Külçənin reseptini təqdim edəcəyik. Külçə bayram süfrələrinin bəzəyi sayılır. Külçəni uşaqlar çox sevir. Sizlərin də hazırlamağınızı tövsiyyə edərdik.

Külçə

Külçə Üçün Lazım Olan Ərzaqlar
 aldığı qədər un
 1 çay qayığı duz
 20 q maya
 2 yemək qaşığı şəkər tozu
 34 yemək qaşığı qatılaşdırılmış süd
 200 q xama
 2 ədəd yumurta
 1 paket Kenton vanilin
 1 stəkan süd
 sarıkök
Külçənin Üzəri Üçün
 1 ədəd yumurta sarısı
Külçə Üçün Ərzaqların Yığılması
1

✅ Yoğurma qabına lazım olacaq qədər unu ələyin.
✅ Külçə üçün lazım olacaq duzu bir kasaya qoyun.duz
✅ İstifadə edəcəyiniz qatılaşdırılmış südü bir stəkana süzün.
✅ Lazım olacaq qədər mayanı kiçik kasaya alın.
✅ Külçə üçün lazım olacaq şəkər tozun da kasaya yığın.
✅ Külçə üçün istifadə edəcəyiniz xamanı bir kasaya alın.
✅ Külçə üçün lazım olacaq yumurtanı yuyun.
✅ Südü bir stəkana süzün.
✅ Lazım olan kenton vanilini də bir kasaya qoyun.
✅ İstifadə edəcəyiniz sarıkökü bir kasaya yığın.
✅ Külçənin üzəri üçün lazım olacaq yumurta sarısını bir kasaya alın.

Xəmirin Hazırlanma Qaydası
2

Külçə

✅ Yoğurma qabına ilıq südü alın.
✅ Südün üzərinə quru maya və şəkər tozunu əlavə edib qarışdırın.
✅ Qarışımın üzərinə yumurta, duz, xama, qatılaşdırılmış süd və sarıkökü d əlavə edib qarışdırın.
✅ Unun üzərinə 1 paket qabartma tozunu əlavə edib qarışdırın.
✅ Lazım olacaq qədər unu da yoğurma qabına əlavə edib xəmir yoğurun.
✅ Xəmir hazır olanda ələ yapışmır.
✅ Hazır xəmirin üzərini strec filmlə qapadaraq 32 dərəcə temperaturda 1, 5 saata yaxın mayalandırın.

Külçənin Hazırlanma Qaydası
3

✅ Mayalanmış xəmiri yoğurma qabından alıb üzəri unlanmış dəzgaha alın.
✅ Xəmiri kündələrə ayırın.
✅ Kündələri əlinizlə açaraq bir az böyüdün.
✅ Açdığınız kündələri bişirmə kağızı sərilmiş soba sinisinə qoyun.
✅ Üzərlərinə yumurta sarısı çəkin.
✅ Çəngəlin ucu ilə üzərinə naxış vurun.

Külçənin Bişirilmə Qaydası
4

✅ Sobanı əvvəlcədən 170-180 dərəcəyə yaxın qızdırın.
✅ Əvvəlcədən qızdırdığınız sobada külçəni 35-40 dəqiqə bişirin.
✅ Bişən külçəni sobadan çıxardaraq soyumağa qoyun.

Külçənin Servis Edilmə Qaydası
5

✅ Külçəni istədiyiniz kimi dilimləyərək bəzəyə bilərsiniz.
✅ Külçələr soyuduqdan sonra çayla birlikdə servis edin.

Nuş Olsun!