Küncütlü açma
Küncütlü açma

Lazım olanlar:

  •  4,5 stəkan un
  • Yarım paket yaş maya
  • 1 kiçik stəkan süd
  • 1 yumurta
  • Yarım kiçik stəkan maye yağ
  • duz
  • 1 qaşıq şəkər tozu
  • ilıq su

 İçlik üçün:

  • 3 qaşıq küncüt
  • 2 qaşıq yumşaq marqarin

Üzəri üçün:

  • Yumurta sarısı

Hazırlanma qaydası:

Un, duz, şəkər tozu, maya, süd, yumurta, maye yağ və suyu qarışdıraraq xəmir hazırlayın.

Kiçik kündələrə ayırın, marqarinin köməyi ilə əlinizdə açın

Sonra üzərinə xaşxaş əzməsi sürtərək rulon hazırlayın

Açma şəklini verərək yağlanmış duxovka qabına düzün

Yumurta sarısını sürtün, 190 dərəcə isidilmiş duxovkadan bişirin.