Yazdırma Seçimləri:

Küncütlü, soya soslu toyuq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt40 dəq

Küncütlü, soya soslu toyuq resepti

Lazım olan ərzaqlar
 2 ədəd toyuq budu
 1 yemək qaşığı soya sosu
 ½ stəkan zeytun yağı
 1 yemək qaşığı küncüt
 duz
 istiot
Hazırlanma qaydası
1

Küncütlü, soya soslu toyuq resepti

Toyuq budlarını bir qazana qoyun.
Üzərinə azca su qoyun və 20 dəqiqə bişirin.
Bişirəndən sonra suyunu süzün və budları soya sosuna bulayın.
Tavaya tökdüyünüz yarım stəkan zeytun yağında budları qızardın.
Budları qızardarkən üzərinə küncüt, duz və istiot da səpin.
Tavanı silkələyərək ədviyyatların budun hər tərəfinə yayılmasına çalışın.
Sonra isə toyuq budlarını servis tabağına alıb, istədiyiniz şəkildə bəzəyərək servis edin