Yazdırma Seçimləri:

Unsuz Poğaça-Kurabiyə

Verimlilik1 Porsiya

Tərkibində un yoxdur. Qluten yoxdur.

Kurabiyə Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan noxud unu
 1 ədəd yumurta ağı
 1 stəkan lor pendir
 ½ stəkan qatıq
 1 çay qayığı qabartma tozu
Üstü Üçün
 1 ədəd yumurta sarısı
 1 yemək qaşığı çörək otu
Kurabiyə Hazırlanma Qaydası
1

✅ Bütün ərzaqları bir qabda qarışdırın və əlinizlə yaxşıca yoğurun.
✅ Xəmir hazırdır.
✅ Noxud ununun şəkil alması bir az çətin ola bilər.
✅ İstəsəniz əlinizlə sıxışdırar, istəsəniz də bir dondurma qaşığının yardımı ilə şəkil verə bilərsiniz.
✅ Şəkil verdiyiniz poğaçaları yağlı kağız sərdiyiniz bir soba sinisinə düzün, üstlərinə yumurta sarısı sürtün və üzərinə çörək otu səpin.
✅ Əvvəlcədən sobanı 170 dərəcə qızdırın.
✅ Əvvəlcədən qızdırdığınız sobada üstləri qızarana qədər 25 Dəqiqə bişirin.
✅ Sobadan aldıqdan sonra ilıq olaraq servis edin.

Nuş Olsun!