Yazdırma Seçimləri:

Kütüm ləvəngisi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 35 dəq

Kütüm ləvəngisi

Lazım olan ərzaqlar
 253 q təzə kütüm
 50 q qoz ləpəsi
 1 ədəd baş soğan
 10 q ərinmiş yağ
 25 q zoğal axtası
 50 q kişmiş
  duz
Hazırlanma qaydası
1

Kütüm ləvəngisi

Balığı bütöv şəkildə təmizləyin, içalatının çıxarıb yuyun.
Yağda qızardılmış soğana döyülmüş qoz, isladılıb xırda doğranmış zoğal axtası və kişmiş qatılıb qiymə hazırlayın.
Balığı duzlayın, içinə qiymə qoyub sapla sarıyın içlik dağılmasın.
Hazır balıq ləvəngisini bişənə qədər sobada bişirin.

Nuş olsun!