Yazdırma Seçimləri:

Laqman

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqBişmə Vaxtı55 dəqÜmumi Vaxt1 saat 40 dəq

Laqman Orta Asiyaya aid bir yemək növüdür. Laqman Uygur mətbəxinin ən sevilən yemeklərindəndir. Altındaki makarona benzəyən xəmiri, üzərindəki ət suyunda bişmiş tərəvəz və ətiylə tək başına doyuracaq bir yeməkdir. Bu yeməyi müxtəlif xalqlar özünəməxsus şəkildə və fərqli reseptlərlə hazırlayırlar.
Əsasən Qazax, Əfqan, tacik, uyğur, özbək mətbəxlərində yer alır.
Yeməyin əsasında evdə hazırlanmış uzun əriştə, ət və müxtəlif tərəvəzlər durur.
Laqman – “dartılmış xəmir” kimi tərcümə olunur.
Bu gün sizi klassik laqman resepti ilə tanış edəcəyik.

laqman

🍲 Laqman Üçün Lazım Olan Ərzaqlar
 500 q mal əti
 3 ədəd bibəг
 2 ədəd kartof
 1 ədəd kök
 1 ədəd baş soğan
 2 ədəd sarımsaq
 1 yemək qaşığı tomat pastası
 1 çimdik cirə
 1 çimdik istiot
 50 q bitki yağı
 keşniş
 şüyüd
 2 stəkan un
 100 ml su
 1 ədəd yumurta
 1 çay qayığı duz
🍲 Laqman Üçün Ərzaqların Yığılması
1

lagman

✅ Laqman üçün istifadə edəcəyiniz əti yuyub aşsüzənə yığın suyunu versin.
✅ Lazım olacaq duzu bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz soğanların qabığını soyub bir kasaya yığın.
✅ Laqman üçün istifadə edəcəyiniz kök, bibər, kartofu soyub yuyaraq bir mətbəx dəsmalının üzərinə yığın.
✅ Laqman yeməyi üçün istifadə edəcəyiniz sarımsaqları təmizləyib kiçik kasaya yığın.
✅ Tomat pastasını da kasaya yığın.
✅ İstifadə edəcəyiniz pomidoru yuyub mətbəx dəsmalının üzərinə alın.
✅ Laqman yeməyi üçün lazım olan suyu stəkana süzün.
✅ Ərişdə hazırlamaq üçün lazım olan unu yoğurma qabına ələyin.
✅Yeməyin üzərinə vurmaq üçün lazım olan göyərtini yuyub bir dəsmal üzərinə yığın.

🍲 Laqman Üçün Ərzaqların Hazırlanması
2

✅ Hazırladığınız əti nazik uzun şəkildə doğrayın.
✅ Soğanları yarım halqa şəklində doğrayın.
✅ Kartofu, bibəri və kökü də nazik, uzun doğrayın.
✅ Sarımsağı əzin.
✅ Ərişdə üçün ələdiyiniz undan xəmir yoğurun.
✅ Bunun üçün un, yumurta, duz və su qataraq elastiki bir xəmir yoğurun.
✅Xəmiri 0.5 sm qalınlıqda yayın və 1 sm enində uzun hissələr kəsin.
✅Bu uzun hissələri ələ bitki yağı sürtməklə iki ovuc arasında sürtüb nazik, uzun formaya salın.
✅Bir böyük boşqaba yağ çəkin və əriştələri dairəvi formada yığın.
✅Üzərini yenə bir az yağlayın.

🍲 Laqman Üçün Xəmirin Hazırlanması
3

✅ Yumurta, un duz və suyu bir qabın içərisində qarışdıraraq bərk bir xəmir yoğurun.
✅ Hazırladığınız bu xəmiri otaq tremperaturunda üzərinə nəmli bir bez sərərək 15-20 dəqiqə qədər dincə qoyun.
✅ Hazır xəmirdən qoz böyüklüyündə kündələr ayırın.
✅ Zeytun yağı yardımıyla dəzgahın üzərində əlinizlə yuvarlayaraq uzun qalın spagetti makaronu şəklini verin.
✅ Hazırladığınız xəmiri bir sininin içərisinə düzün.

🍲 Laqmanın Bişirilməsi
4

laqman

✅ Nazik, uzun şəkildə doğradığınız əti yağda bir qədər qızardın.
✅ Sonra üzərinə nazik yarım halqa şəklində doğranmış soğan əlavə edib qovurun.
✅ Doğradığınız tərəvəzləri növbə ilə – kök, kartof, bibərləri əlavə edin.
✅ Bir az qovrun.
✅ Əzilmiş sarımsaq, tomat pastası və ya pomidor və ədviyyatları vurub qarışdırın.
✅ Üzərinə 1.5 stəkan su əlavə edib 30 dəqiqə orta odda, qapağı bağlı şəkildə bişirin.
✅ Qazanda su qaynadın.
✅ Duz və 2 x.q. bitki yağı əlavə edib daha sonra əriştəni bir-bir suya salıb qaynadın.
✅ 5-7 dəqiqə qaynatdıqdan sonra suyu süzün.
✅ Boşqaba qoyub, üzərinə hazır olan ətli tərəvəzli qarışımdan əlavə edin və xırda doğranmış göyərti səpin.

🍲 Laqmanın Servis Edilməsi
5

Servis tabağının altına xəmirləri qoyun.
Üzərinə ətli qarışımdan gəzdirin və servis edin.
Üzərinə şüyüd ya da incə-incə doğranmış cəfəri , toz qırmızı bibər səpərək servis edə bilərsiniz.
İsti halda servis edin.

Nuş Olsun!