Lalə salatı
Lalə salatı üçün lazım olan ərzaqlar:
- 200 q Tilsiter pendiri,
- 300 q toyuq file,
- 3 ədəd pomidor,
- göbələ konservi,
- Göy soğan,
- Cəfəri,
- 150 q mayonez,
- Duz,
- İstiot,
- 1 ədəd zeytun
Lalə salatının hazırlanma qaydası:
- Toyuq fileni təmizlədikdən sonra bişirib kiçik -kiçik doğrayın.
- Göbələk konservini də suyunu süzdükdən sonra kiçik parçalar halında doğrayın.
- Pomidoru yuyub suyunu sildikdən sonra birini halqavari, digər ikisini isə kiçik- kiçik doğrayın.
- Tilsiter pendirini də rəndələyin.
- Göy soğanı kiçik-kiçik doğrayın.
- Bu işləmlər başa şatdıqdan sonra salatın hazırlanmasına başlayın.
- Hazırladığınız toyuq fileni boşqabın içərisinə töküb yayın.
- Sonra filenin üzərinə mayonez əlavə edin ki, filenin üzəri örtülsün.
- Mayenezi yaydıqdan sonra göbələk konservini də əlavə edin.
- Göbələyin üzərinə doğradığınız göy soğanı əlavə edin.
- Yenidən mayonez əlavə edin.
- Bundan sonra isə doğradığınız pomidoru da əlavə edərək üzərinənə duz və istiotunu da səpin.
- Ən sonda isə rəndələdiyiniz Tlisiter pendiri ilə ərzaqların üzərini qapadın.
- Doğradığınız pomidorları gül formasında salatın üzərinə düzüb orta hissəsinə zeytun dənəsini əlavə edin.
- Gülün yaşıl yarpaqlarını isə cəfəridən istifadə edib düzəldin.
- Artıq salatınız servisə hazırdır.
Leave a Reply