Yazdırma Seçimləri:

Lalə Salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt55 dəq

🥗Lalə Salatı Üçün Lazım Olan Ərzaqlar
 200 q Tilsiter pendiri
 300 q toyuq file
 3 ədəd pomidor
 200 q göbələk konservi
 ½ göy soğan
 1 ədəd cəfəri
 150 q mayonez
 duz
 istiot
 1 ədəd zeytun
🥗Lalə Salatı Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz toyuq fileni təmizləyib yuyunvə suyunu süzün.
✅ İstifadə edəcəyiniz göbələk konservinin suyunu süzüb kasaya ylğın.
✅ İstifadə edəcəyiniz pomidoru yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Salata qatacağınız pendiri də kasaya yığın.
✅ Salat üçün istifadə edəcəyiniz göy soğanı təmizləyib yuyuaraq suyunu çəkməsi üçün mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz mayonezi bir kasaya yığın.
✅ Salat üçün lazım olacaq duzu, istiotu ayrıca kasalara yığın.

🥗 Lalə Salatı Üçün Ərzaqların Hazırlanması
2

✅Toyuq fileni bişirib kiçik -kiçik doğrayın.
✅Göbələk konservini də suyunu süzdükdən sonra kiçik parçalar halında doğrayın.
✅Tilsiter pendirini də rəndələyin.
✅Göy soğanı kiçik-kiçik doğrayın.
✅Pomidorun birini halqavari, digər ikisini isə kiçik- kiçik doğrayın.

🥗 Lalə Salatının Hazırlanma Qaydası
3

✅Bu işləmlər başa şatdıqdan sonra salatın hazırlanmasına başlayın.
✅Hazırladığınız toyuq fileni boşqabın içərisinə töküb yayın.
✅Sonra filenin üzərinə mayonez əlavə edin ki, filenin üzəri örtülsün.
✅Mayenezi yaydıqdan sonra göbələk konservini də əlavə edin.
✅Göbələyin üzərinə doğradığınız göy soğanı əlavə edin.
✅Yenidən mayonez əlavə edin.
✅Bundan sonra isə doğradığınız pomidoru da əlavə edərək üzərinənə duz və istiotunu da səpin.
✅Ən sonda isə rəndələdiyiniz Tlisiter pendiri ilə ərzaqların üzərini qapadın.
✅Doğradığınız pomidorları gül formasında salatın üzərinə düzüb orta hissəsinə zeytun dənəsini əlavə edin.
✅Gülün yaşıl yarpaqlarını isə cəfəridən istifadə edib düzəldin.
✅ Artıq salatınız servisə hazırdır.

🥗Lalə Salatının Servis Edilməsi
4

Hazırlamış olduğunuz bu lalə salatını istənilən vaxt hazırlayıb müxtəlif yeməklərlə birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!