Yazdırma Seçimləri:

Lavaş börəyi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt50 dəq

Lavaş börəyi

Lazım olan ərzaqlar
 3 ədəd lavaş
 2 ədəd yumurta sarısı
 1 stəkan duru yağ
 ½ stəkan süd
 1 stəkan holland pendiri
 34 ədəd fəsləyən yarpağı
Hazırlanma qaydası
1

Duru yağ, süd və iki yumurta sarısına duz əlavə edib qarışdırın.
Tavanın içini yağlayın.
Lavaşlardan birini tavanın içinə alın.
Hazırladığınız sosu lavaşın üzərinə sürtün.
İlk katı sosladıqdan sonra pendirin yarısını üzərinə alın.
Pendirdən sonra fəsləyəni də aralara əlavə edin.
Lavaşın ikinci qatını da əlavə edib sosla yağlayın.
Qalan pedniri də ikinci qatın üzərinə əlavə edin.
Son lavaşı da qoyaraq basdırın.
Qalan sosu da üzərinə tökün.
Bir az sosu çəkməsini gözlədikdən sonra ocaqda vam odda iki tərəfli qızardın.

Nuş olsun!