İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
Lazım olacaq südü stəkana süzün.
Lazım olacaq düyü və düyü ununu kasaya yığın.
İstifadə edəcəyiniz nehrə yağı və ya kərə yağını kasaya yığın.
İstifadə edəcəyiniz duzsuz və ya az duzlu şoru ( və ya kəsmik) kasaya yığın.
Lazım olacaq duzu və sarıkökü ayrıca kasalara yığın.
Düyünü süddə isladın.
İslatdığınız düyünü üyüdüb kasaya yığın.
İstifadə edəcəyiniz kərə yağını əridin.
İstifadə edəcəyiniz yumurtaları bir kasaya sındırın.
lazım olacaq şoru duzlayın.
Soba sinisini yağlayın.
Dərin bir qaba bir gün əvvəl yuyulub isladılmış, daha sonra üyüdülmüş düyü və ya hazır düyü ununun üzərinə şəkər tozu, duz, süd, əridilmiş nehrə yağı, sarıkök və yumurta əlavə edib qarışdırın.
Bəzi bölgələrdə duzsuz və ya az duzlu şor, kəsmik də əlavə edilir.
Üyüdülmüş düyü isə 1-2 saat əvvəl və ya gecədən süddə isladılır.
Hazırladığınız duru xəmiri yaxşıca qarışdırıb yağlanmış soba sinisinə töküb yayın.

Qədim dövrlərdə üstü örtülü tavada bişirilərdi.
Tavanı köz üstünə qoyub, qapağına da yanan köz töküb bişirilirmiş.
Ancaq ev şəraitində qapağı bağlı tavada ocaqda bir tərəfini bişirib, daha sonra çevirib digər tərəfini bişirə bilərsiniz.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirib süfrəyə verə bilərsiniz.
Lökü səhərlər şirin çayla, balla birlikdə süfrəyə verilir.
Günün başqa vaxtlarında dovğayla yeyilir.
Bəzi bölgələrdə üzərinə kəsmik və bişmiş qiymə əlavə edilib yeyilir.
Lənkəranın bəzi kəndlərində bişdikdən sonra üzərinə darçınlı şəkər tozu səpilir.
Şəkərsiz bişirdikdə isə bəzi yeməklərin yanında çörək əvəzi süfrəyə verilir.
Ərzaqlar
Təlimatlar