Yazdırma Seçimləri:

Limonlu Cheesecake

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı1 saat 10 dəqÜmumi Vaxt1 saat 40 dəq

Lazım Olan Ərzaqlar
 250 q peçenye
 60 q yağ
 1 kq krem pendir (otaq temperaturunda)
 350 q mascarpone pendiri
 300 q şəkər tozu
 50 q nişasta
 3 ədəd yumurta
 3 ədəd yumurtanın isə sarısı
 1 ədəd limon
 1 ədəd vanil
🍰Limonlu Cheesecake-nin Hazırlanma Qaydası
Alt Qatın Hazırlanması
1

✅ Peçenyeləri mətbəx paketinin içinə qoyun və böyük qırıntı qalmıyana qədər əzin.
✅ Yağı mikrodalğalı sobada əridin.
✅ Ərimiş yağı peçenye qırıntılarının içinə tökün.
✅ Ölçüsü 23 sm olan qəlibi götürün və içinə yağlı kağız yerləşdirin.
✅ Yağlı peçenye qarışımını qabın içinə tökün.
✅ Tamamilə düz və bərk bir təbəqə yaranana qədər stəkan ilə şəkilləndirin.
✅ Əvvəlcədən 170 dərəcədə qızdırılmış sobaya qoyun və 10 dəqiqə bişirin.

Üst Qatın Hazırlanması
2

✅ Krem pendiri, şəkər tozunu və nişastanı mikser qabına əlavə edin.
✅ Mikserlə 2-3 dəqiqə ərzində orta sürətdə qarışdırın
✅ 3 bütün yumurta və 3 yumurta sarısını ayrı bir qaba qırın.
✅ Yumurtaları bir-bir qarışıma əlavə edərək mikserlə qarışdırmağa davam edin.
✅ 1 limonun yarısını rəndələyin
✅ Yarım limonunda suyunu sıxın.
✅ Mascarpone pendirini və vanili qarışıma əlavə edib qarışdırın.
✅ Rəndələnmiş limon və limon suyunu əlavə edib qarışdırmağa davam edin.
✅ 2-3 dəqiqə qarışdırdıqdan sonra alınan məhlulu peçenyenin üzərinə tökün.
✅ Soba qabına mətbəx dəsmalını yerləşdirin və cheesecake içinə qoyun.
✅ Qaynar suyu dəsmalın üzərinə tökün.
✅ Əvvəlcədən qızdırılmış sobada 130 dərəcədə 70 dəqiqə bişirin.

Servis Edilmə Qaydası
3

✅ Sobadan çıxarılan cheesecake-i soyuduqdan sonra soyuducuda 1 gün saxlayın.
✅ Soyuducudan çıxardığınız cheesecake-i dilimləyib servis edə bilərsiniz.
✅ Üzərinə istədiyiniz meyvə sirobunu əlavə edə bilərsiniz.

Nuş Olsun!