Yazan1001 dadKateqoriyaÇətinlikNormal
Limonlu toyuq
Verimlilik1 Porsiya
Hazırlanma Müddəti15 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt30 dəq
Lazım olan ərzaqlar
Hazırlanma qaydası
1
Limonlu toyuq

Çox ləzzətli bir yemək olan limonlu toyuq yeməyinin hazırlanması çox asan və əziyyətsizdir.
Yeməyi hazırlamaq üçün əvvəlcə toyuğun sümüksüz sinə ətinin dərisi soyulur.
Bundan sonra istənilərsə ət parçalarının üzərinə çox az duz səpilir.
Bir qabda yumurtalar sındırılır və möhkəmcə çalınır.
Geniş bir qabda bu çalınan yumurta qoyulur.
Başqa bir geniş qabda suxarı qoyulur.
Doğranılan tikələr əvvəlcə yumurtaya, sonra isə suxarıya batırılır.
Eynisini ikinci dəfə də təkrarlanır.
Suxrı və yumurtaya batırılan toyuq ətləri 15-20 sm ölçülü bir tavada yağda qızardılır.
Qızartma etmək üçün tavaya yağ qoyulur.
Yağ, tikələrin üzərinə çıxmalıdır. Tavadakı yağ təqribən 170 dərəcəyə isidilir.
Toyuq ətləri səliqə ilə tavaya düzülür.
Yağın temperaturunun yüksək olması, ətlərin tavaya qoyulduqdan sonra birinci olaraq qabıq, üz hissəsinin bişməsinə səbəb olur.
Bu da ətlərin tərkibindəki suyu itirib qurumasının qarşısını alır.
Qaynar yağda toyuq ətləri 2-3 dəqiqə qızardılır.
Tikələr burada tam bişməməlidir.
2-3 dəqiqədən sonra toyuq tikələrini tavadan götrülür və doğranılır.
Üz hissəsi yaxşıca qızaran toyuq tikələrinin iç hissəsi çox az bişib.
Yarıbişmiş tikələri doğradıqdan sonra yağını çəkməsi üçün kağız salfetka üzərinə qoyulur.
Yüngülvari soyuması gözlənilir.

Limonlu sosun hazırlanma qaydası
2

Limonun qabığı soyulur və qabıqları uzunsov formada incə - incə doğranılır.
Bir tavaya biraz yağ, iki qaşıq şəkər tozu, iki yemək qaşığı limon suyu, doğradığımız limon qabıqları, iki qaşıq tomat pastası, iki qaşıq su, duz əlavə edilir və tava ocağın üzərinə qoyulur.
Sosu qarışdıraraq bişiririk.
Şəkər əriyənə qədər sos qarışdırılır.
Sosu çox yüksək temperaturda bişirmək lazım deyil.
Sos qatılaşıb hazır olduqdan sonra, içərisinə əvvəlcədən bişirilib doğranmış toyuq sinə əti tikələri əlavə edilir.
Toyuq sinə əti və sos qarışdırılaraq təqribən 3 dəqiqə bişirilir.
Limonlu toyuq tikələri bişdikdən sonra yumşaq olur.
Sərt olmur.
Limonlu toyuq yeməyi, süfrəyə isti - isti verilir.
Süfrəyə verilərkən yeməyin yanına yumru doğranmış limon dilimləri qoymaq olar

Nuş olsun!

Ərzaqlar

Lazım olan ərzaqlar

Təlimatlar