Yazdırma Seçimləri:

Limonlu Xaşxaşlı Muffin

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

Keks istəyirik, amma böyük bir keks də bişirmək istəmiriksə o zaman köməyimizə kiçicik müffin tərifləri yetişir.
Fərqli-fərqli muffin tərifinin yanına çay, qəhvə və yaxud da süd əlavə etdikmi dadından doymaq olmur.
Bu muffinlərin ləzzətdən doyulmur yedikcə yemək istəyirsən.
Sizlərə çox ləzzətli və hazırlanması pratik olan bir muffin resepti təqdim edəcəyik.

limonlu-xasxaslı-muffin

Limonlu Xaşxaşlı Muffin Üçün Lazım Olan Ərzaqlar
 3 yemək qaşığı əridilmiş kərə yağı
 ½ çay qayığı duru yağ
 2 ədəd yumurta
 1,50 stəkan qatıq
 1 paket qabartma tozu
 ¾ stəkan şəkər tozu
 1 ədəd limon qabığı rəndəsi
 1 paket vanilin
 2 yemək qaşığı xaşxaş toxumu
 1 ədəd limon suyu
 2,50 stəkan un
Limonlu Xaşxaşlı Muffin Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz yumurtaları yuyub kasaya yığın.
✅Kərə yağını bir kasaya alın.
✅Lazım olacaq qədər qatığı da kasaya yığın.
✅İstifadə edəcəyiniz limonu yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Muffin üçün istifadə olunacaq xaşxaşı , qabartma tozunuvə vanilini də ayrıca kasalara yığın.
✅Duru yağı bir stəkana süzün.
✅İstifadə edəcəyiniz unu qarışdırma qabına alın.

Limonlu Xaşxaşlı Muffin Üçün Ərzaqların Hazırlanması
2

✅Yumurtaları kasya sındırın.
✅Kərə yağını əridib kasaya alın.
✅Limonu sıxıb suyunu stəkana süzün.
✅Limonun qabığını rəndələyin.
✅Unu ələyin.

DİQQƏT
3

✅Bütün ərzaqların otaq temperaturunda olmasına diqqət edin.
✅Xüsusi ilə kərə yağı əridilib soyudulmuş olmalıdır.

Limonlu Xaşxaşlı Muffin Xəmirinin Hazırlanma Qaydası
4

✅Yumurta və şəkəri bir qabın içərisində yaxşıca çırpın.
✅Ardından üzərinə qatıq, ərimiş kərə yağı və duru yağ əlavə edərək çırpmağa davam edin.
✅Limon suyu, rəndələnmiş limon qabığı, xaşxaş və vanilini də əlavə edərək yaxşıca çırpın.
✅Sonra unu yavaş-yavaş əlavə etməyə başlayın.
✅Unu əlavə etdikcə spatula yardımıyla altdan üstə doğru qarışdıraraq bütün ərzaqları bir- birinə qarışdırın.
✅Qabartma tozunu da əlavə edin.
✅Çox da bərk olmayan orta bərklikdə bir muffin xərci əldə edin.

Limonlu Xaşxaşlı Muffinin Bişirmə Qaydası
5

✅Müffin kağızı və ya yağlanmış muffin qəliblərinə hazır xəmiri paylaşdırın.
✅Paylaşdırarkən qablarda bir barmaq boşluq qalmasına diqqət edin.
✅Ona görə ki, bişərkən xəmir şişərək muffin qəliblərini doldurur.

Limonlu Xaşxaşlı Muffinin Bişirməsi
6

✅Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 30 Dəqiqə yaxın bişirin.
✅Bişincə çıxarıb otaq temperaturunda soyumağa buraxın.
✅Muffinləriniz hazırdır!

Limonlu Xaşxaşlı Muffinin Servis Edilməsi
7

Limonlu xaşxaşlı muffinləri çay, qəhvə və yaxud südlə birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!