Yazdırma Seçimləri:

Lobya çığırtması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

lazım olan ərzaqlar
 250 q təzə lobya
 1 ədəd baş soğan
 30 q yağ
 2 ədəd yumurta
 50 q qatıq
 0,50 dəstə şüyüd
 istiot
 duz
Lobya çığırtmasının hazırlanma qaydası
1

Göy lobya təmizlənir, ucları sındırılır, damarı çıxardılır, soğan və ədviyyat qatılıb yağda qovrulur.
Bir azca su əlavə edilib lobya bişirilir.
Bunların hamısı tavanin içinə qoyulub üstünə çalınmış yumurta vurulur və dsobada bişirilir.
Süfrəyə verilən zaman üstünə yağ tökülür, göyərti səpilir, qabda yanına ayrıca qatıq qoyulur.