Yazdırma Seçimləri:

Lor qurabiyə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı17 dəqÜmumi Vaxt37 dəq

Lor kurabiyə

Lazım olan ərzaqlar
 1 ədəd yumurta
 1 ədəd yumurtanın sarısı
 1 stəkan şəkər tozu
 ½ stəkan duru yağ
 14 yemək qaşığı un
 2 paket qabartma tozu
 300 q duzsuz lor
 1 ədəd limonun rəndələnmiş qabığı
Üzəri üçün
 1 ədəd yumurtanın ağı
 1 stəkan şəkər tozu
Hazırlanma qaydası
1

Yumurta və yumurta sarısını çırpıb şəkər tozunu da əlavə edin. Köpüklənənə qədər 2 dəqiqə çırpın.
Yağ, pendir və limon qabığı rəndəsini əlavə edin.
Pendiri yedirincəyə qədər əlinizlə qarışdırın.
Un və qabartma tozunu əlavə edib yumşaq bir xəmir halına gələnə qədər yoğurun.
Bir az yumşaq bir xəmir olacaqdır.
Əlinizə yapışarsa əlinizi aradabir isladın yaxud da un vurun.
Xəmiri soyuducuya qoyun və 20 dəqiqə saxlayın.
Sobanı180 dərəcəyə yaxın ayarlayın.
Qoz böyüklüyündə kündələr hazırlayın.
Hər kündənin bir üzünü əvvəlcə çırpılmış yumurta ağına, sonra toz şəkərə batırıb yağlı kağız sərilmiş soba sinisinə aralı düzün.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-17 dəqiqə bişirin.
Azacıq qızarana yaxın sobadan alıb soyumağa qoyun.
Qurabiyələr soyuyunca sinidən alıb servis edin.

Nuş olsun!