Yazdırma Seçimləri:

Lülə Kabab

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 50 dəq

Lülə kabab - yağlı qoyun qiyməsindən hazırlanan Azərbaycan milli mətbəxinə aid kabab növüdür. Şişə taxılaraq közdə bişən lülə kabab, xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə adlandırılmışdır.

Lülə Kababın Hər Payı Üçün Lazım Olan Ərzaqlar
 300 q qoyun əti
 20 q quyruq yağı
 40 q göy soğan
 15 q reyhan və cəfəri
 45 q un
 5 q duz
Lülə Kababın Hazırlanma Qaydası
1

✔️ Lülə kabab hazırlamaq üçün qoyun cəmdəyinin kürək yaxud bud ətinin sümüyü çıxardılır.
✔️ Sümüyü çıxardılan qoyun əti ətçəkən maşından soğanla birlikdə keçirilərək qiymə halına gətirilir.
✔️ Lülə kababın daha ləzzətli və şirəli olması üçün ətçəkən maşın yerinə əti doğrama baltaları vasitəsi ilə qiymə halına gətirmək, daha mükəmməl nəticə əldə etməyə gətirib çıxardır. Bu zaman lülə kabab daha ləzzətli olur.
✔️ Qiyməyə duz və istiot vurulur. Yapışqan qiymə kütləsi əmələ gələnə qədər yaxşıca yoğrulur, qarışdırılır.
✔️ Lüləkababın qiyməsi təqribən 20 dəqiqə soyuq yerdə (soyuducuda) saxlanılıb dincəldilir.
✔️ Burada qiymə ədviyyat, duz və soğan qarışığı ilə özünü tutur.
✔️ Ətin gözlədilməsi, ləzzətli kabab hazırlamaq üçün vacib amillərdən biridir.
✔️ Dincəlib bişməyə hazır hala gələn qiyməni yastı usunsov şəkildə 1,4 sm enində 45 qramlıq hissəciklər halında, hər pay üçün 3-dən 6 ədədə qədər olmaqla şişlərə taxılır.
✔️ Lüləkababın bişirildiyi şiş, normal şişlərdən daha enli olur
✔️ Şişə taxılmış lüləkabab artıq bişməyə hazırdır.
✔️ Lülə kabab köz üzərində vam odda bişirilir.
✔️ Lülə kababın tam bişməsi üçün arada şişləri çevirmək lazımdır.
✔️ Bu zaman həm kabab yanmaz, həm də hər tərəfdən bərabər miqdarda bişər və iç hissəsi qırmızı rəngdə çiy olaraq qalmaz.
✔️ Kababın yanında mütləq lavaş verilir.
✔️ Kabab yuxaya sarılır və üzərinə doğranmış soğan əlavə edilir.

Lülə Kabab Üçün Lavaş Hazırlanma Qaydası
2

✔️ Lülə kabab üçün lavaş hazırlamaq üçün un ələnir, içərisinə su və duz qatılıb bərk xəmir yoğrulur.
✔️ Sonra bu xəmir kündələrə ayrılır.
✔️ Dərin boşqab ölçüsündə 1 mm qalınlıqda yayılır.
✔️ Yayılan bu yuxanın hər iki üzü sacda bişirilir.
✔️ Lülə kabab süfrəyə verilən zaman lavaşın içərisinə bükülür və bunun yanına halqavarı doğranış soğan, sumaq yaxud hər pay üçün 100 q şişdə qızardılmış pomidor qoyulur.
✔️ Servis edən zaman yanına bol köpüklü sərin ayran lüləkababın ləzzətini daha da artırır

Nuş Olsun!