Yazdırma Seçimləri:

Mərciməkli Börək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 10 dəq

Yaşıl mərcimək kalorisi az olan sağlıqlı və ləzzətli bir qidadır. Önəmli miqdarda protein istehsal edən mərcimək vitamin və lif mənbəyi olduğu üçün pəhriz saxlayanların sevimli qidasıdır.
Çox yaxşı bir folik turşusu qaynağıdır.
Yaşıl mərcimək %26 nisbətində protein istehsal edir. Xüsusi ilə bədəndə əzələnin düzgün çalışması üçün ehtiyaç duyduğu bütün amin qurupu turşularını bədənə daşımağa yardımçı olur.
Yüksək lifistehsalına sahib olduğu üçün uzun zaman toxluq hissi yaradır.
Qanda olan pis xolesterolun düşürür.
Ürək sağlamlığı üçün faydalıdır. Qan azlığına yardımçı olur. Maddələr mübadiləsini sürətləndirir.

Mərciməkli Börək Üçün Lazım Olan Ərzaqlar
 3 ədəd börəklik yuxa
  stəkan zeytun yağı
  stəkan süd
İçərisi Üçün
 1 stəkan yaşıl mərcimək
 1 yemək qaşığı duru yağ
 1 ədəd soğan
 duz
 istiot
 1 çay qayığı kərə yağ
 1 çay qayığı pomidor tomatı
 1 çay qayığı bibər tomatı
  arzuya görə pul bibər və yaxud istiot
Börəyin Üzəri Üçün
 1 ədəd yumurta sarısı
 1 yemək qaşığı süd
 1 yemək qaşığı küncüt
Diqqət
1

Mərciməklərin qaralmaması üçün iki dəfə suyunu dəyişib qaynadın.

Mərcimək Üçün lazım Olan Ərzaqların Yığılması
2

İstifadə edəcəyiniz yuxanı bir siniyə yığın.
Lazım olacaq ədviyyatları ayrıca kasalara yığın.
İstifadə edəcəyiniz soğanı soyub bir kasaya yığın.
İstifadə edəcəyiniz zeytun yağını və kərə yağını ayrıca kasalara yığın.
Lazım olacaq südü stəkana süzün.
lazım olan qədər mətciməyi ayırtlayıb kasaya yığın.
İstifadə edəcəyiniz pomidor və bibər tomatlarını ayrıca kasalara yığın.
Üzəri üçün lazım olan küncütü bir kasaya yığın.
lazım olacaq duzu kasaya yığın.

Mərcimək Üçün lazım Olan Ərzaqların Hazırlanması
3

✅Mərcimək yumşalana qədər qaynadılır.
✅Soğanı yeməklik doğrayın.
✅ Süd və zeytun yağını kiçik bir kasada qarışdırın.
✅Yuxalardan birini sərin və yuxanın yarısına südlü qarışımdan bir fırça yardımıyla bolca sürün.
✅Südlü qarışımlı yuxanı ikiyə qatlayıb 8 bərabər hissəyə ayırın.

Mərciməkli Börək Üçün İçliyin Hazırlanması
4

✅Soğanı duru yağ və kərə yağı qarışımında yumuşalıncaya qədər qvurun.
✅Ardından bibər tomatını və pomidor tomatını əlavə edin.
✅Əvvəlcədən bişirdiyiniz mərciməkləri də soğanlı qarışıma əlavə edin.
✅3 dəqiqəyə yaxın bütün ərzaqlar bir -birinə qarışana qədər ocaqda qovurun.
✅Sonda isə ədviyyatları əlavə edib soyuması üçün ocaqdan alın.

Mərciməkli Börəyin Hazırlanması
5

✅ Hər parçanın geniş tərəfinə iç xərcindən qoyun və südlü qarışımdan əlavə etdikdən sonra kənarlarından qatlayaraq bükün.
✅Bükdüyünüz börəkləri yağlanmış soba sinisinə düzün .
✅ Üzərinə yumurta sarısı sürün.
✅Soba qabına yağlı kağız sərilir və börəklər qaba düzülür.

Mərciməkli Börəyin Bişirilməsi
6

✅Əvvəlcədən 180 dərəcəyə yaxın alt-üst qızdırılmış sobada 40 dəqiqəyə yaxın bişirin.

Nuş Olsun!