Yazdırma Seçimləri:

Mahluta şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat

mahluta-şorbasi

Lazım olan ərzaqlar
 1 stəkan qırmızı mərcimək
 ½ stəkan düyü
 1 ədəd iri quru soğan
 3 yemək qaşığı duru yağ
 8 stəkan su
 1 yemək qaşığı tomat
 1 yemək qaşığı təzə sıxılmış limon suyu
 1 çay qayığı kərə yağı
 toz qırmızı bibər
Mahluta şorbasının hazırlanma qaydası
1

Qırmızı mərciməyi və düyünü bol suda yaxşıca yuyub süzün.
Süzdüyünüz mərcimək və düyünü dərin bir qazana yığın.
Üzərinə 8 stəkan su və bir az duz əlavə edib qarışdırın.
Digər tərəfdə isə içərisinə 3 yemək qaşığı duru yağ qoyduqunuz tavanı ocağa qoyun.
İçərisinə incə-incə doğradığınız soğanları töküb yumşalana qədər qovurun.
Qovurduğunuz soğanların üzərinə bir yemək qaşığı tomat əlavə edin və 1 dəqiqə daha qovurun.
Sonda zövqünüzə görə ədviyyatları qatıb yenidən qarışdırın.
Mərcimək və düyü tamamən yumşaldıqdan sonra üzərinə qovrulmuş tomatlı soğanı əlavə edin.
Bir az qaynadıb ocaqdan alın.
Hazırladığınız şorbanı isti halda servis edin.
Şorbanın qatılığı çoxdursa azacıq su əlavə edin.

Nuş olsun!