Yazdırma Seçimləri:

Mannı Yarması ilə Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

Mannı yarması ilə keks

🥧 Mannı Yarması İlə Hazırlanacak Keks Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan un
 1 stəkan xama
 1 stəkan mannı yarması
 1 stəkan şəkər tozu
 1 paket Kenton qabartma tozu
 4 ədəd yumurta
 1 stəkan duru yağ
🥧Mannı Keksi Hazırlamaq Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz xamanı bir kasaya tığın.
✅İstifadə edəcəyiniz duru yağı bir stəkana süzün.
✅Lazım olacaq mannı yarmasını bir kasaya yığın.
✅İstifadə edəcəyiniz şəkər tozunu bir kasya yığın.
✅İstifadə edəcəyiniz Kenton qabartma tozunu bir kasaya alın.
✅Lazım olacaq vanilini bir kasaya alın.
✅ edəcəyiniz unu kiçik bir kasaya yığın.
✅İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə yığın.

🥧Mannı Keksi Üçün Ərzaqların Hazırlanması
2

✅ İstifadə edəcəyiniz yumurtaları bir qarışdırma qabına sındırın.
✅ İstifadə edəcəyiniz unu bir qaba ələyin.
✅ İstifadə edəcəyiniz şəkər tozunu yumurtaya əlavə edin.
✅Keksi bişirəcəyiniz qəlibin üzərinə yağlı kağız sərib yanlarını yağlayın.
✅Hazırlanan qarışığı bura alın.

🥧Hazırlanma Qaydası
3

✅Yumurtaya şəkər tozu əlavə edərək çırpın.
✅Bu zaman yumurta ilə şəkər tozunun tamamən bir - birinə qarışması daha yaxşı nəticə əldə edilməsini təmin edir.
✅Ağardıqdan sonra içərisinə xama, duru yağ, mannı yarması, Kenton şəkərli vanil, Kenton qabartma tozu vurun.
✅Yenidən mikserlə qarışdırmağa davam edin.
✅Unu az-az əlavə edin.

🥧Mannı Keksinin Bişirilmə Qaydası
4

✅Sobanı əvvəlcədən 180 dərəcə qızdırın, çünki bu keks 180 dərəcə temperaturda bişir.
✅Hazırladığınız xəmiri sobaya alın.
✅Keks bişənə qədər sobanın qapağını açmayın.
✅Keks soyuduqdan sonra üzərinə Kenton şəkər kirşanı səpin.
✅Mannı yarması ilə keks hazırdır.

🥧Mannı Keksinin Servis Edilməsi
5

Mannı keksini soyuduqdan sonra pürrəngi çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!