Yazdırma Seçimləri:

Manqalda göbələk kababı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

manqalda göbələk kababı

Lazım olanlar
 göbələk
 duz
Manqalda göbələk kababı haırlanma qaydası
1

Əvvəlcə manqal yandırılır.
Köz düşməsi gözlənilir.
Manqalda göbələk kababı bişirmək üçün manqal odlu olmamalıdır.
Köz düşüb temperatur biraz azaldıqdan sonra kababı bişirmək olar.
Əks təqdirdə göbələk yanar.
Manqal yanarkən göbələklər təmizlənir və ayıtlanır.
Bundan sonra geniş bir qabın içərisinə su doldurulur və göbələklər də buraya suya qoyulub gözlədilir.
Bunu etməkdə məqsəd odur ki, aralarda qalan torpaq dənəcikləri suya qarışıb qabın dibinə hopur.
Bundan sonra göbələklər təmiz su ilə yaxşıca yuyulur.
Təmizlənib duru su ilə duruladıqdan sonra bir aşsüzənə qoyulur.
Suyunu tamamən çəkir.
Közü düşən manqalın üzərinə izqara qoyulur.
Göbələklərin papaqcıqları tərsinə ( yəni üzü yuxarı gələcək şəkildə) düzülür.
Üzərlərinə biraz duz səpilir.
Göbələklər bişdikcə papaqcıqların içərisinə su dolmağa başlayır.
Bişmə zamanı göbələklərin ağ rəngi dəyirib tündləşir.
Süfrəyə isti - isti və içərisindəki su dağılmadan servis edilir.