Yazdırma Seçimləri:

Mayalı poğaça

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 5 dəq

Mayalı poaça

Lazım olan ərzaqlar
 1 stəkan ilıq su
 1 stəkan duru yağ
 1 stəkan süd
 2 ədəd yumurta
 1 çimdik duz
 1 çay qayığı şəkər
 1 paket yaş maya
 aldığı qədər un
Üzəri üçün
 yumurta sarısı
 küncüt
İçlik üçün
 pendir rəndəsi
 cəfəri
Hazırlanma qaydası
1

Yaş mayanı ilıq su ilə əridin.
Digər ərzaqları da əlavə edib yumşaq bir xəmir yoğurun.
Xəmirin üzərini təmiz bir bezlə örtün.
1 saat xəmiri dincə qoyun.
Dinlənən xəmiri əlinizlə açıb iç xərcini qoyun.
Yuvarlayıb siniyə aralıqlarla düzün.
Üzərinə yumurta sarısı sürtüb küncüt səpin.
1 saat sinidə mayalanması üçün gözlədin.
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun!