Yazdırma Seçimləri:

Mərakeş Noxud Salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 10 dəq

Mərakeş mətbəxi çox gözəldir.
Burada heç vaxt Mərakeşli tərəfindən hazırlanan xörəklərinin dadına baxmayan birindən bunu eşitmək bir qədər qəribə gələ bilər, amma bu belədir.
Mərakeş xörəkləri demək olar ki, rəngli, ədviyyatlı, qeyri-adi təamların qarışığından ibarət, şirin və turş, parlaq və dadlı olur.
Noxud salatı Mərakeş xörəkləri içərisində ən dadlı bir salat növüdür.
Yadda saxlamaq lazımdır ki, salata digər ərzaqları qatarkən noxud isti olmalıdır.
Belə olan halda noxud bütün təamları özünə yaxşı çəkir.

Mərakeş Noxud Salatı Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan noxud
 1 ədəd qırmızı soğan
 4 diş qırmızı sarımsaq
 1 çimdik döyülmüş cirə
 1 çay qayığı qırmızı toz bibər
 3 yemək qaşığı zeytun yağı
 1 ədəd Təzə sıxılmış limon şirəsi
 1 çimdik doğranmış cəfəri
 1 çimdik doğranmış kişniş
 120 q ovulmuş hər hansı növ ağ pendir (vacib deyil)
 duz
 istiot
Mərakeş Noxud Salatı Üçün Ərzaqların Yığılması
1

✅Noxudları ayırtlayıb yuyuaraq suyunu süzün.
✅ Soğanların , sarımsaqların qabıqlarını soyun.
✅ Limonu yuyub mətbəx dəsmalının üzərinə alın.
✅ Göyərtiləri təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın.

Mərakeş Noxud Salatı Üçün Ərzaqların Hazırlanması
2

✅Axşamdan noxudları soyuq suda isladın.
✅ Suda isladılmış noxudları süzüb dərin qazana tökün.
✅ Üzərinə çıxanadək su əlavə edib qaynamağa qoyun.
✅ Orta dərəcəli odda, noxudlar yumşalana qədər təxminən 45 dəqiqə qaynadın.
✅ Diqqət yetirmək lazımdır ki, noxudlar əzilməsin.
✅ Bişmiş noxudların suyunu süzüb , qabıqlarını ovuşduraraq çıxardın.
✅ Soğanları ikiyə bölüb incə-incə doğrayın.
✅ Sarımsaqları xırda-xırda doğrayın.
✅ Limonu sıxıb suyunu çıxardın.
✅ Göyərtiləri incə-incə doğrayın.
✅ Pendiri ovun .

Mərakeş Noxud Salatının Hazırlanma Qaydası
3

✅ İsti noxudları bir qaba töküb, üzərinə doğranmış soğan, sarımsaq, cirə, toz bibər, zeytun yağı və limon şirəsi əlavə edilərək yaxşıca qarışdırın.
✅ Zövqə görə duz, istiot qatın, doğranmış göyərtinin də çox hissəsini əlavə edin.
✅ Əgər istifadə edəcəksinizsə salatın üzərinə pendir ovub tökün və göyərtinin qalan hissəsini səpin.
✅ Hazır salatı isti halda çorəklə birgə süfrəyə verin.

DİQQƏT
4

Yadda saxlamaq lazımdır ki, salata digər ərzaqları qatarkən noxud isti olmalıdır.
Belə olan halda noxud bütün təamları özünə yaxşı çəkir.

Mərakeş Noxud Salatının Servis Edilməsi
5

Hazır salat isti halda çorəklə birgə süfrəyə verilir.

Nuş Olsun!