Yazdırma Seçimləri:

Milfoylu bibər dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt45 dəq

Lazım olan ərzaqlar
 2 ədəd milfoy
 56 ədəd uzunsov bibər
İçlik üçün
 200 q qiymə
 1 ədəd soğan
 1 yemək qaşığı tomat
 1 çimdik pul bibər
 1 çay qayığı nanə
 1 yemək qaşığı duz
 duru yağ
Üzəri üçün
 1 ədəd yumurtanın sarısı
Hazırlanma qaydası
1

Tavaya duru yağ qoyub iç üçün lazım olan ərzaqları da əlavə edib qovurun.
Daha sonra bibərlərin bir kənarından bıçağın uçu ilə kəsərək hazırladığınız içi bibərlərin içinə qoyun.
Milfoy xəmirlərini uzun-uzun kəsin.
Bibərlərin üzərinə milfoy xəmirlərini sarıyın.
Siniyə düzün və üzərinə yumurta sarısı sürtüb əvvəlcədən 170 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin.

Nuş olsun!