Yazdırma Seçimləri:

Milli Dad yuxa ilə tavada tost

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

tavada 5 deqiqede tost

 1 ədəd Milli Dad hazır yuxa
 kolbasa
 uzunsov bibər
 pomidor
 holland pendiri
Sos üçün
 2 yemək qaşığı duru yağ
 2 yemək qaşığı su
 1 yemək qaşığı tomat püresi
 pul bibər
 quru kəklikotu
 kərə yağ (tavanı yağlamaq üçün)
Sosun hazırlanması
1

tavada sucuklu tost

Bir qaba duru yağ, su, tomat, pul bibər, kəklikotunu yığın.
Bu məhsulları yaxşıca qarışdırın və artıq sos hazırdır.

Milli Dad yuxa ilə tavada tost hazırlanma qaydası
2

tavata kolbasalı tost

Kolbasa, pomidor və bibərlər halqavari doğrayın.
Tavanı kərə yağla yüngülvari yağlayın.
Doğradığınız məhsulların hər iki üzünü burada qızardın.
Bundan sonra Milli Dad hazır yuxası tavanın içərisinə açıq vəziyyətdə qoyulur.
Yuxanın üzərinə hazırladığınız sosu yayın.
Doğradığınız pomidor, kolbasa və bibərləri Milli Dad hazır yuxasının yarısına düzün. Digər yarısı boş qalsın.
Bu məhsulların üzərinə doğranmış və ya sürtkəcdən keçirilmiş holland pendiri düzün.
Yuxanın boş tərəfi qatlanır və məhsulların üzəri örtülür.
Tostun əvvəlcə bir tərəfini, sonra isə ikinci tərəfini çevirərək bişirin.

Nuş olsun!