Yazdırma Seçimləri:

Mimoza salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt40 dəq

Mimoza salatı adının mənbəyi "mimoza" çiçəyidir. Mimoza salatının üzərinə yumurta sarısının səpilməsi, bu salatı mimoza çiçəyinə bənzədir.

mimoza salatı

Mimoza Salatı Hazırlamaq Üçün Lazım Olan Ərzaqlar
 400 q balıq konservi (və ya toyuq file)
 Holland pendiri
 0,50 çay qayığı duz (toyuq ədini qaynatmaq üçün)
 0,50 stəkan qoz ləpəsi (kiçik - kiçik doğranmış)
 3 ədəd kartof (orta ölçülü)
 3 ədəd kök
 xama
 mayonez
 Duz
 4 ədəd yumurta (2 yumurtanın sarısı üzəri üçün ayrılır)
Mimoza Salatı Üçün Ərzaqların Hazırlanması
1

1. Mimoza salatı əsasən balıq konservi ilə hazırlansa da, toyuq əti ilə də hazırlanır.
Bu zaman toyuq file suda qaynadılıb hazırlanır.
Toyuq filesi bişirilərkən suya bir az duz əlavə etmək lazımdır.
File bişdikdən sonra sudan çıxardılır və soyıması gözlənilir.
Soyuyan toyuq filesi kiçik - kiçik doğranır və ya əllə didilir.
2. Mimoza salatı balıq konsvervi ilə hazırlanacaqsa, o zaman balıqlar kiçik - kiçik doğranır.
3. Yumurtalar, kartoflar, köklər suda yumşalana qədər qaynadılıb bişirilir. Qabıqları soyulub təmizlənir.
Yumurta, kartof və kök sürtkəcdən keçirilir. Bu zaman sürtkəcin iri gözündən istifadə etmək lazımdır.
Hər bir məhsul ayrı qaba qoyulur.
4. Xama ilə mayonez bir - birinə qarışdırılır.

Mimoza Salatının Hazırlanma Qaydası
2

Ərzaqlar tam hazır olduqdan sonra ərzaqlar ardıcıllıqla qaba düzülür:

Bu zaman hər dəfədə ərzaqların yarısı istifadə olunur.
Qalan yarısı ikinci dəfə üstdən layların düzülməsi üçün istifadə olunacaq.
1. Balıq (və ya toyuq) ətin
2. Mayonez və xama qarışığı
3. Doğranmış qoz ləpəsi
4. Sürtkəcdən keçirilmiş kartof
5. Biraz duz səpilir
6. Mayonezlə xama qarışığı
7. Yumurta
8. Biraz duz səpilir
9. Yerkökü
10. Mayonezlə xama qarışığı
11. Eyni qaydada ərzaqlar ikinci dəfə üst-üstə səliqə ilə düzülür.
12. Ərzaqlardan ən üstdə mütləq sürtkəcdən keçirilmiş kök olmalıdır.
13. Bütün ərzaqlar səliqə ilə sıra - sıra üst üstə yığıldıqdan sonra son layın üzərinə də mayonezli xama sürtülür.
14. Sürtkəcdən keçirilmiş holland pendiri səpilir.

Mimoza Salatının Bəzədilməsi
3

1. Mimoza salatının üzərinə sürtkəcdən keçirilmiş yumurta sarısı səpilir
2. Salatın üzərinə biraz şüyüd yarpaqları səpilir.

Mimoza Salatının Süfrəyə Verilməsi
4

Salat tam hazır olduqdan sonra özünü tap tutması üçün 15 dəqiqə soyuducuda gözlədilməlidir.

NUŞ OLSUN!