Yazdırma Seçimləri:

Money Bag(Pul Kisəsi)

Verimlilik6 PorsiyonHazırlanma Müddəti1 saatBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 25 dəq

Money bag

Money Bag(Pul Kisəsi)Xəmiri Üçün Lazım Olan Ərzaqlar
 2,50 stəkan un
 2 ədəd yumurta
 ¾ stəkan su
 duz
Money Bag(Pul Kisəsi) İçi Üçün Lazım Olan Ərzaqlar
 200 q yağsız qiymə
 2 ədəd kərəviz sapı
 2 diş sarımsaq
 20 ədəd yaşıl soğanı
 2 çay qayığı soya sosu
 2 çay qayığı küncüt
 2 çay qayığı qəhvəyi şəkər
 0,50 stəkan duru yağ
Money Bag(Pul Ksəsi) Üçün Ərzaqların Yığılma Qaydası
1

1. İstifadə edəcəyiniz əti təmizləyib yuyun və suyunu verməsi üçün aşsüzənə yığın.
2. Suyunu verən əti maşından keçirərək qiymə hazırlayın.
3. Unu ələyib bir qaba alın.
4. İstifadə olunacaq yaşıl soğanları təmizləyib yuyunvə suyunu qurutmaq üçün bir mətbəx dəsmalının üzərinə sərin.
5. Yemək üçün lazım olacaq qədər duzu kiçik kasaya yığın.
6. İçi hazırlayarkən istifadə edəcəyiniz soya sosunu bir kasaya tökün.
7. Kərəvizləri təmizləyib yuyun və suyunu verməsi üçün mətbəx dəsmalının üzərinə yığın.
8. Küncüt, şəkər tozunu ayrı-ayrı kasalara yığın.
9. İstifadə edəcəyiniz yumurtaları yuyub bir qaba yığın.
10. İstifadə edəcəyiniz suyu bir stəkana süzün.
11. Bişirəcəyiniz yağı bir kasaya süzün.

Money Bag(Pul Ksəsi) İçliyin Hazırlanma Qaydası
2

Money bag

1. İçliyi hazırlamaq üçün 2 çay qaşığı duru yağı tavada qızdırın.
2. Qiyməni əlavə edib 5-6 dəqiqəyə yaxın qovurun.
3. Kərəviz sapını və sarımsağı soyub incə- incə doğrayın və qiyməyə əlavə edin.
4. 5 dəqiqə qədər qovurun.
5. Yaşıl soğanın da 5 dənəsini incə- incə doğrayıb qiyməyə əlavə edin.
6. Soya sosu, küncüt və şəkəri də əlavə edib qarışdıraraq 1 dəqiqə daha qovurun.
7. Soyuması üçün kənara alın.

Money Bag(Pul Kisəsi) Xəmirin Hazırlanma Qaydası
3

Money bag

1. Xəmiri hazırlamaq üçün unu dəzgaha alıb ortasını hovuz kimi açın.
2. Bu hovuza yumurtaları qırın, duz və suyu əlavə edin.
3. Yanlardan mərkəzə doğru unu toplayaraq qarışımı xəmir halına gətirin.
4. Xəmir özünü yığana qədər 15 dəqiqə yoğurun.
5. Hazır olan xəmirinizi iki parçaya ayırıb yuvarlayaraq kündələyin.
6. Üzərini nəmli bir bezlə örtdüyünüz xəmiri mayalanması üçün bir kənara alın və 20
dəqiqə gözlədin.

Money Bag(Pul Kisəsi) Hazırlanma Qaydası
4

Money bag

1. Bu sürənin sonunda dəzgahı ya da xəmir taxtasını unlayıb kündəni buraya alın.
2. Oxlavla börəklik yuxadan bir az qalın olacaq şəkildə açın.
3. Bir qəlib ya da stəkanın ağzı ilə açdığınız yuxaları yuvarlaq kəsin.
4. Qalan soğanları isti suya salıb çıxardın .
5. Yuvarlaq kəsdiyiniz xəmirlərin ortasına qiyməli xərcdən qoyun.
6. Kənarlarına fırçayla biraz soyuq su vurub kisə şəklində qatlayın.
7. Kisələrin ağzını yaşıl soğanı ilə bağlayın.
1. Qalan duru yağı tavada isidıb hazırladığınız kisələri yağda 3-4 dəqiqə qızardın.
2. Kağız dəsmalın üzərinə çıxardın ki, yağını çəksin.

Money Bag(Pul Kisəsi) Bişirilmə Qaydası
5

1. Qalan duru yağı tavada isidıb hazırladığınız kisələri yağda 3-4 dəqiqə qızardın.
2. Kağız dəsmalın üzərinə çıxardın ki, yağını çəksin.

Money Bag(Pul Kisəsi) Servis Edilmə Qaydası
6

Dadlı acı sos və soya sosuyla servis edin.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 6