Yazdırma Seçimləri:

Money Bag(Pul Kisəsi)

Verimlilik6 PorsiyonHazırlanma Müddəti1 saatBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 25 dəq

Money bag

Money Bag(Pul Kisəsi)Xəmiri Üçün Lazım Olan Ərzaqlar
 2,50 stəkan un
 2 ədəd yumurta
 ¾ stəkan su
 duz
Money Bag(Pul Kisəsi) İçi Üçün Lazım Olan Ərzaqlar
 200 q yağsız qiymə
 2 ədəd kərəviz sapı
 2 diş sarımsaq
 20 ədəd yaşıl soğanı
 2 çay qayığı soya sosu
 2 çay qayığı küncüt
 2 çay qayığı qəhvəyi şəkər
 0,50 stəkan duru yağ
🥟Money Bag(Pul Ksəsi) Üçün Ərzaqların Yığılma Qaydası
1

✅ İstifadə edəcəyiniz əti təmizləyib yuyun və suyunu verməsi üçün aşsüzənə yığın.
✅ Suyunu verən əti maşından keçirərək qiymə hazırlayın.
✅ Unu ələyib bir qaba alın.
✅ İstifadə olunacaq yaşıl soğanları təmizləyib yuyunvə suyunu qurutmaq üçün bir mətbəx dəsmalının üzərinə sərin.
✅ Yemək üçün lazım olacaq qədər duzu kiçik kasaya yığın.
✅ İçi hazırlayarkən istifadə edəcəyiniz soya sosunu bir kasaya tökün.
✅ Kərəvizləri təmizləyib yuyun və suyunu verməsi üçün mətbəx dəsmalının üzərinə yığın.
✅ Küncüt, şəkər tozunu ayrı-ayrı kasalara yığın.
✅ İstifadə edəcəyiniz yumurtaları yuyub bir qaba yığın.
✅ İstifadə edəcəyiniz suyu bir stəkana süzün.
✅ Bişirəcəyiniz yağı bir kasaya süzün.

Money Bag(Pul Ksəsi) İçliyin Hazırlanma Qaydası
2

Money bag

✅ İçliyi hazırlamaq üçün 2 çay qaşığı duru yağı tavada qızdırın.
✅ Qiyməni əlavə edib 5-6 dəqiqəyə yaxın qovurun.
✅ Kərəviz sapını və sarımsağı soyub incə- incə doğrayın və qiyməyə əlavə edin.
✅ 5 dəqiqə qədər qovurun.
✅ Yaşıl soğanın da 5 dənəsini incə- incə doğrayıb qiyməyə əlavə edin.
✅ Soya sosu, küncüt və şəkəri də əlavə edib qarışdıraraq 1 dəqiqə daha qovurun.
✅ Soyuması üçün kənara alın.

Money Bag(Pul Kisəsi) Xəmirin Hazırlanma Qaydası
3

Money bag

✅ Xəmiri hazırlamaq üçün unu dəzgaha alıb ortasını hovuz kimi açın.
✅ Bu hovuza yumurtaları qırın, duz və suyu əlavə edin.
✅ Yanlardan mərkəzə doğru unu toplayaraq qarışımı xəmir halına gətirin.
✅ Xəmir özünü yığana qədər 15 dəqiqə yoğurun.
✅ Hazır olan xəmirinizi iki parçaya ayırıb yuvarlayaraq kündələyin.
✅ Üzərini nəmli bir bezlə örtdüyünüz xəmiri mayalanması üçün bir kənara alın və 20
dəqiqə gözlədin.

Money Bag(Pul Kisəsi) Hazırlanma Qaydası
4

Money bag

✅ Bu sürənin sonunda dəzgahı ya da xəmir taxtasını unlayıb kündəni buraya alın.
✅ Oxlavla börəklik yuxadan bir az qalın olacaq şəkildə açın.
✅ Bir qəlib ya da stəkanın ağzı ilə açdığınız yuxaları yuvarlaq kəsin.
✅ Qalan soğanları isti suya salıb çıxardın .
✅ Yuvarlaq kəsdiyiniz xəmirlərin ortasına qiyməli xərcdən qoyun.
✅ Kənarlarına fırçayla biraz soyuq su vurub kisə şəklində qatlayın.
✅ Kisələrin ağzını yaşıl soğanı ilə bağlayın.
✅ Qalan duru yağı tavada isidıb hazırladığınız kisələri yağda 3-4 dəqiqə qızardın.
✅ Kağız dəsmalın üzərinə çıxardın ki, yağını çəksin.

Money Bag(Pul Kisəsi) Bişirilmə Qaydası
5

✅ Qalan duru yağı tavada isidıb hazırladığınız kisələri yağda 3-4 dəqiqə qızardın.
✅ Kağız dəsmalın üzərinə çıxardın ki, yağını çəksin.

Money Bag(Pul Kisəsi) Servis Edilmə Qaydası
6

✅ Dadlı acı sos və soya sosuyla servis edin.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0