Yazdırma Seçimləri:

Mozzarella Pendirli Pizza

Verimlilik6 PorsiyonHazırlanma Müddəti30 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt45 dəq

Dumanı üzərində, uzandıqca uzanan ərimiş mozzarella pendirli pizzanın ləzzətindən doyum olmur.

🍕Xəmiri Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan ilıq su
 ½ yemək qaşığı quru maya
 ½ çay qayığı şəkər
 duz
 2,50 yemək qaşığı zeytun yağı
 2,50 stəkan un
🍕 Üzəri Üçün
 5 ədəd sosiska
 1 ədəd bibər
 250 q mozzarella pendiri
🍕 Sosu Üçün
 4 ədəd pomidor
 4 yemək qaşığı zeytun yağı
 1 çay qayığı kəklikotu
🍕Pizza Xəmirinin Hazırlanması
1

✅ İlıq su, toz şəkər və quru mayanı kiçik bir qabda qarışdırıb 10 dəqiqəyə yaxın gözlədin.
✅ Ələnmiş unu qarışdırma qabına alın.
✅ Orta hissəsini hovuz kimi açın.
✅ Unun kənar hissəsinə duzu səpin.
✅ Hazırladığınız maya qarışımını orta hissəsinə boşaldın.
✅ Zeytun yağını qatın.
✅ Bütün ərzaqları orta hissədən çölə dışa doğru qarışdıraraq yoğurun.
✅ Toparlanan xəmiri yumaq halına gətirin.
✅ Ayrı bir qaba alın.
✅ Üzərini streç film ilə qapatdıqdan sonra oaq temperaturunda 30 dəqiqə gözlədin.

🍕Sosun Hazırlanması
2

✅ Pizzanın sosunu hazırlamaq üçün soyduğunuz pomidorları rəndələyin.
✅ Zeytun yağını sos qazanında qızdırın.
✅ Rəndələnmiş pomidoru 3- 4 dəqiqə qaynadın.
✅ Kəklikotunu da əlavə edib qarışdırın.
✅ Hazırladığınız sos ilındıqdan sonra soyuducuda soyudun.

🍕Pizzanın Hazırlanması
3

pizza

✅ Mayalanan xəmiri iki bərabər kündəyə ayırın.
✅ Azca unlanmış mətbəx dəzgahının üzərində əlinizlə böyüdərək yuvarlaq şəkildə açın.
✅ Açılan xəmirlərinizi diqqətli bir şəkildə soba sinisinə ayrı-ayrı yerləşdirin.
✅ Kəklikotulu pomidor sosunu bir çömçə yardımıyla pizzanın orta hissəsindən başlayaraq kənarına doğru yayın.
✅ Kənar hissəsində 1 barmaq qədər yer saxlayın.
✅ Mozarella pendirini rəndələyin.
✅ Sucuqları dilimləyin.
✅ Pomidor sosunu pizzanın üzərinə yaydıqdan sonra üzərinə sucuqları, bibəri də yayın.
✅ Sonda isə rəndələdiyiniz mozarella pendirini də bərabər şəkildə pizzanın üzərinə yayın.

🍕Pizzanın Bişirilməsi
4

✅ Sobanı əvvəlcədən 250 dərəcəyə yaxın qızdırın.
✅ 250 dərəcə qızdırdığınız sobada 15 dəqiqəyə yaxın pizzanı bişirin.
✅ Pendir əriyib qızaranda pizzanı sobadan çıxardın.

🍕Pizzanın Servis Edilməsi
5

Fəsləyən yarpaqlarını da pizzanın üzərinə səpin.
Dilimlədikdən sonra pendirin uzanıb getməsi üçün soyumağını gözləmədən dilimləyib servis edin.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya Miqdarı 1

Porsiya 0


Porsiya Başına Miqdar
Kalori 90Yağdan Kalori 70
% Gündəlik Dəyər *
Toplam Yağ 1g2%

Doymuş Yağ 01g5%
Trans Yağ 02g
Xolesterol 20mg7%
Natrium 10mg1%
Kalium 20mg1%
Zülal 10g20%

* Yüzdə Gündəlik Dəyərlər 2000 kalorili pəhrizə əsaslanır. Gündəlik dəyəriniz kalori ehtiyacınıza görə daha yüksək və ya daha aşağı ola bilər.