Yazdırma Seçimləri:

Mühəlləbili alma şirniyyatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

Mühəlləbili alma şirniyyatı

Lazım olan ərzaqlar
 4 ədəd sarı alma
 4 yemək qaşığı şəkər tozu
 8 ədəd biskivit
Kremi üçün
 750 ml süd
 1 ədəd yumurta
 3 yemək qaşığı un
 1 stəkan şəkər tozu
 1 paket vanilin
 2 yemək qaşığı kərə yağı
Iç üçün ərzaqlar
 döyülmüş qoz
 quru üzüm
 darçın
 hind qozu
Mühəlləbili alma şirniyyatının hazırlanması
1

Mühəlləbili alma şirniyyatı

Almaların qabıqlarını soyub ikiyə bölün.
Çəyirdəklərini çıxardın.
Geniş bir qazana çəkirdək boşluqları altda qalacaq şəkildə yerləşdirin.
Üzərinə bir yemək qaşığı şəkər tozu səpin.
Almaların yarısını keçəcək qədər su tökün və yaxşı yumşalana qədər bişirin.
Kərə yağı xaric krem ərazqlarını davamlı qarışdıraraq mühəlləbi qatılığına gələnə qədər qarışdırın. Iç üçün olan ərzaqları bir kasada qarışdırın.
Yağı əlavə edib əridin.
Bişən almaların çəyirdək yuvalarına iç ərzaqlarını qoyun.
Üzərinə bir biskivit qapadın.
Bisqivit altda qalacaq bir şəkildə geniş kənarlı bir qaba düzün.
Üzərinə kremi yayın.
Ən üstə isə bol hind qozu tökün.
Soyuducuda 1 saat saxlayıb servis edin.

Nuş olsun!