Yazdırma Seçimləri:

Muskat qozlu maffin

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt30 dəq

Muskat qozlu maffin. Çox tez bişirilən bir şirniyyatdır. Çay süfrələrində yeri olan, dadından, ətrindən doyulmayan bir şirniyyat reseptidir. Kiçik ölçülü qablarda bişirilir. Çox vaxt oval formasında bişirirlər.

muskat qozlu maffin

🧁Muskat Qozlu Maffin Lazım Olan Ərzaqlar
 1 ədəd muskat qozu
 290 q un
 1 paket Kenton qabartma tozu
 1 paket Kenton şəkərli vanilin
 1 çimdik duz
 250 q şəkər tozu
 120 ml süd
 110 q kərə yağı
 2 ədəd yumurta
 damla şokolad
Muskat Qozlu Maffinin Üzəri Üçün
 Kenton şəkər pudrası
🧁Muskat Qozlu Maffin Üçün Ərzaqların Yığılması Qaydası
1

✅ Muskat qozlu maffin üçün istifadə edəcəyiniz yumurtanı yuyub bir qaba alın.
✅ İstifadə edəcəyiniz südü cunadan süzüb stəkana tökün.
✅ Muskat qozlu maffin üçün istifadə edəcəyiniz şəkər tozunu bir qaba alın.
✅ Muskat qozlu maffin üçün lazım olan kərə yağını da bir kasaya qoyun.
✅ Maffin üçün lazım olan unu qarışdırma qabına ələyin.
✅ Lazım olan Kenton qabartma tozunu və Kenton şəkərli vanilini ayrı- ayrı qoyun.
✅ İstifadə edəcəyiniz muskat qozunu kiçik bir kasaya qoyun.
✅ Muskat qozlu maffin üçün istifadə olunan damla şokoladını bir kasaya yığın.

🧁Muskat Qozlu Maffin Hazırlama Qaydası
2

muskat qozlu maffin

✅ Yumurtanı qarışdırma qabımna alın.
✅ Yumurtanın üzərinə isə yuduğunuz yumurtanı sındırın.
✅ Yumurta və şəkər tozunu mikser yardımı ilə yaxşıca çalın.
✅ Otaq temperaturunda olan kərə yağını qarışdırma qabında olan yumurtalı qarışımın üzərinə əlavə edib qarışdırın.
✅ Mikserin köməyi ilə qarışdırdığınız ərzaqların üzərinə südü əlavə edib yenidən qarışdırın.
✅ Ardından südü də əlavə edib yenidən mikser yardımı ilə çırpın.
✅ Bu ərzaqları tamamən qarışdıqdan sonra mikseri ayırmadan muskat qozu, duz, Kenton şəkərli vanilin,Kenton qabartma tozunu, damla şokoladı və unu əlavə edin.
✅ Çalışın ərzaqlar yaxşı -yaxşı qarışsın.

🧁Muskat Qozlu Maffin Bişirmək Üçün Hazırlanma Qaydası
3

✅ Ərzaqlar yaxşı qarışdıqdan sonra bişirmək üçün hazırlayın.
✅ Maffin qablarını bir qəlibin içərisinə yerləşdirin ki, qəlibdə qablar açılmayacaqdır.
✅ Maffin qablarını hazırladığınız ərzaqla qaşıq yardımı ilə doldurun.

🧁Muskat Qozlu Maffinin Bişirmə Qaydası
4

✅ Sobanı əvvəlcədən qızdırın.
✅ Əvvəlcədən qızdırdığınız sobada üzəri qızarana qədər bişirin.

🧁Muskat Qozlu Maffinin Servis Qaydası
5

✅ Maffinləri sobadan çıxardıb soyumağa qoyun.
✅ Soyuyan maffinlərin üzərinə Kenton şəkər pudrası səpərək servis edin.

Nuş Olsun!