Yazdırma Seçimləri:

Mütəkkə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 25 dəq

Mutəkkə

Lazım olan ərzaqlar
 4 stəkan un
 300 q kərə yağı
 200 q xama
 3 ədəd yumurta (yumurtanın ağının biri içliyə əlavə olunur)
 2 yemək qaşığı şəkər tozu
İç üçün
 500 q qoz ləpəsi
 200 q şəkər toz
 1 ədəd yumurtanın ağı
 1 çimdik hil
Hazırlanma qaydası
1

Mutəkkə

Un ilə yağı ovun.
Üstünə xamanı, yumurtanı və şəkər tozunu əlavə edin.
Yumşaq xəmir düzəldin.
Xəmiri 15 dəqiqə soyuducuda saxlayın.
İçliyi hazırlamaq üçün qovrulmuş qozu maşından keçirib şəkər tozu, hil və 1 ədəd yumurtanın ağı ilə qarışdırın.(yumurta kiçik olsa onda iki yumurta götürməlisiniz).
Xəmiri 5 yerə bölün.
Bir kündəni götürüb az un səpib oxlovla 2-3 mm qalınlıqda yayın.
Sonra yuxanı bıçaqla 8 yerə bölün.
Hər kəsilmiş hissəyə 1 x.q içlik qoyub bükün.
Bu şəkildə bütün kündələri yayıb kəsin və içlik qoyub bükün.
Soba sinisinə kağız sərib mütəkkələri aralı düzün.
Düzdükdə uc hissələri alta qoyun ki, bişdikdə aralanmasın.
200 dərəcə qızdırılmış sobada üzü qızılı rəngdə olanadək bişirin.
Zövqə görə soyuduqdan sonra üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!