Yazdırma Seçimləri:

Nardan Aşı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat 5 dəq

Nardanaşı türk mətbəxinə aid ləzzətli bir yemək növüdür. Demək yerinə düşərsə barmaqlarınızı yeyə biləcəyiniz bir yeməkdir. Bişirərkən içərisinə əlavə etdiyiniz nar turşusu yeməyə ayrı bir ləzzət verir. Nardan aşı
bir az turş, bir az şirni və bir az da ədviyyatın vəhdətindən yaranan bir yemək reseptidir.

Nardan aşı

Nardan Aşı Üçün Lazım Olan Ərzaqlar
 300 q yağlı qiymə
 ½ stəkan çiy küftəlik bulğur
 ½ ədəd rəndələnmiş soğan
 duz
 istiot
 qırmızı pul bibər
Sos Üçün
 1 yemək qaşığı pomidor tomatı
 3 yemək qaşığı nar şirəsi
 1 stəkan bişmiş noxud
🌱 Nardan Aşı Üçün Ərzaqların Hazırlanması
1

✅İstifadə edəcəyiniz əti təmizləyib qiymə hazırlayın.
✅ İstifadə edəcəyiniz bulğuru ayırtlayıbyuyun və suyunu süzdükdən sonra bir kasaya yığın.
✅İstifadə edəcəyiniz soğanı soyub incə-incə doğrayaraq kasaya yığın.
✅ Axşamdan islatmış olduğunuz noxudun suyunu süzün və bişirin.
✅ Nardan aşı üçün istifadə edəcəyiniz duz, istiot, qırmızı pul bibəri ayrə-ayrı kasalara yığın.
✅ Nardan aşının sosu üçün istifadə edəcəyiniz tomatı və nar şirəsini ayrı-ayrı kasalara yığın.

🌱Nardan Aşı Üçün Sosun Hazırlanması
2

✅ Diğər soğanı soyub kiçik- kiçik doğrayın.
✅ Ocağı yandırın.
✅ Sosu hazırlayacağınız qazanı qızdırın.
✅ Qazanda kərə yağını əridib doğradığınız soğanları əlavəvə edib 2-3 dəqiqə saralana qədər qovurun.
✅ Soğanlar qovrulduqdan sonra tomatı əlavə edib yenidən bir az qovurun.
✅ Soğanlar qovrulduqdan sonra içərisinə 1.5 stəkan istisuyu əlavə edib qaynamağa qoyun.

🌱 Nardan Aşının Hazırlanma Qaydası
3

Nardan aşı

✅Bir qarışdırma qabına qiyməni, bulguru və rəndələnmiş soğanı alın.
✅Ədviyyatları da əlavə edib yoğurun.
✅Yoğurduğunuz qiymədən yumurta sarısı böyüklüyündə küftələr hazırlayın.

🌱Nardan Aşının Bişirilmə Qaydası
4

✅Su qaynamağa başlayanda küftələri suya əlavə edin.
✅ 15-20 dəqiqə vam odda küftələri bişirin.
✅ Bişməyə yaxın noxudu da qazana əlavə edin.
✅2-3 dəqiqə bişdikdən sonra nar suyunu əlavə edin.
✅Bir az daha qaynadıqdan sonra ocaqdan alın.

🌱Nardan Aşının Servis Edilməsi
5

Nar dənələri və iri qırılmış qoz ləpəsi səpərək servis edin.
Turş narla birlikdə də servis edə bilərsiniz.

Nuş Olsun!