Yazdırma Seçimləri:

Narşərab

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəq

Lazım Olan Ərzaqlar
 turş nar
Hazırlanma Qaydası
1

✅ İnsan sağlımlığı üçün faydalı olan nardan hazırlanan narşərabın hazırlanma qaydası son dərəcə asantdır.
✅ Nar qabıqlarından təmizlənir.
✅ Nar dənələrini rahat təmizləmək üçün əvvəlcə bıçaq vasitəsi ilə üst hissəsini qapaq kimi kəsin.
✅ Kəsilən hissəni qaldırdıqdan sonra dənələrin arasında pərdə görünür.
✅ Pərdələrin yanından kəsin.
✅ Nar rahatlıqla hissələrə ayrılacaqdır.
✅ Sonra tərs tərəfindən taxta qaşıqla vuraraq nar gilələrini qabıqdan ayırın.
✅ Təmizlənən nar dənələri mümkünsə bir mikser vasitəsi ilə əzin.
✅ Möhkəmcə əzildikdən sonra çəyirdəyi nar şirəsindən ayırın.
✅ Bundan sonra nar şirəsini süzgəcdən keçirin və narşərabını bişiriləcəyini geniş ağızlı qazana yığın.
✅ Bundan sonra qazanı odun üzərinə qoyun.
✅ Bişirilərkən arada nar şirəsinin üzərindəki kəfi alın.
✅ Bu zaman sobanın temperaturu təqribən 130-150 dərəcə olur.
✅ Bişirmə zamanı qazanın dibinin tutub nar şirəsinin yanmaması üçün vaxtaşırı şirəni qarışdırmaq lazımdır.
✅ Nar şirəsini qarışdırmaq üçün taxta qaşıqdan istifadə etmək məsləhət görülür.
✅ Çünki metal qaşıqla qarışdırmaq, turşuluq dərəcəsi yuxarı olan nar şirəsinin içərisində oksidləşmə verə bilər.
✅ Təqribən 5 saat qaynayan nar şirəsi, bəkməz halına gəlib qatılaşdıqdan sonra ocağın üzərindən götürün.
✅ Narşərab bişdikdən sonra soyudun, saxlanılacaq olan qablara alın.
✅ Hazır məhsulu saxlamaq üçün şüşə qabdan istifadə etmək məsləhət görülür.
✅ Narşərab uzun müddət qalacaqsa, günəş şüalarının bir başa şüşələrə təmas etməməsinə çalışmaq lazımdır.
✅ Qaranlıqda saxlamaq məsləhət görülür.
✅ Eyni zamanda sərin yerdə saxlamaq lazımdır.

Qeyd!
2

✅ 1 kq təmizmənmiş nar dənəsindən təqribən 250-300 ml narşərab əldə etmək mümkündür.