✅ Naxçıvan kökəsi (bayram kökəsi) hazırlamaq üçün yarım stəkan ilıq süddə 2 çay qaşığı şəkər tozu və mayanı qarışdırın.
✅ 15 dəqiqə saxlayın.
✅ Yağı əridib soyudun.
✅ Una duz, yağ, yumurta, süddə əritdiyiniz mayanı və südün qalanını əlavə edərək xəmir yoğurun.
✅ Lazım gələrsə, südün miqdarını bir az artıra bilərsiniz.
✅ Xəmir çox bərk olmasın.
✅ Naxçıvan kökəsi (bayram kökəsi) xəmirinin üzərinə dəsmal sərib isti yerdə 2 saat saxlayın.
✅Xəmirin özünü tutması lazımdır.

✅ Soğanları xırda doğrayıb kərə yağında qızılı rəng alanadək qovurun.
✅ Soğan qovrulduqdan sonda sarıkök əlavə edin.
✅ Qozu ətçəkən maşından keçirin, duz, istiot və qovrulmuş soğanla qarışdırın.
✅ Gəlmiş xəmirdən 50 qramlıq kündələr tutun.
✅ Sonra ilk tutduğunuz kündədən başlayaraq yastılayın.
✅ Yastıladığınız Naxçıvan kökəsi (bayram kökəsi) içərisinə 1 xörək qaşığı iç qoyub qatlayın, qırağını şəkərbura kimi bükün.
✅ Siniyə perqament kağızı döşəyin.
✅Naxçıvan kökəsini (bayram kökəsi) aralı olmaqla düzün, hərəsinin bir neçə yerindən çəngəl batırın (dibinə qədər).
✅ Sobanı 200 dərəcəyə qədər isidin.
✅Bayram kökəsinin üzərinə yumurta çəkin.
✅ Naxçıvan kökəsini 200 dərəcə qızdırılmış sobaya qoyun.
✅ Üzəri qızaranadək bişirin.
Ərzaqlar
Təlimatlar

Leave a Reply