Yazdırma Seçimləri:

Nazik (Gəncə mətbəxi)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti55 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 25 dəq

Nazik

Nazik Üçün Lazım Olan Ərzaqlar
 1 l süd
 1 çimdik sarıkök
 1 çay qayığı gülab
 1 çay qayığı əzilmiş keşniş toxumu
 1 çay qayığı maya
 4 stəkan şəkər tozu
 0,50 kq yağ
 3 ədəd yumurta
 2,50 kq un
 0,50 stəkan su
 2 ədəd yumurta
Nazik Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ Nazik bişirmək üçün istifadə edəcəyiniz südü bir stəkana süzün.
✅ Lazım ola biləcək qədər sarıkökü bir kasaya alın.
✅ İstifadə edəcəyiniz keşniş toxumunu kasaya yığın.
✅ Nazik üçün lazım olacaq qədər yumurtanı yuyub qaba yığın.
✅ İstifadə ediləcək qədər mayanı bir kasaya yığın.
✅ Nazik üçün istifadə edəcəyiniz unu ,şəkər tozunu ayrı-ayrı qaba yığın.
✅ İstifadə ediləcək gülabı bir kiçik kasaya süzün.
✅ Duru yağı bir stəkana süzün.
✅ Nazik üçün lazım olacaq suyu da stəkana süzün.

Nazik Şirniyyatı Xəmirinin Hazırlanma Qaydası
2

✅ Südün içərisinə sarıkök, əzilmiş keşniş toxumu, bir qədər də gülab tökün.
✅ Şəkər tozunu yağda həll edin.
✅ Ona yumurtanı və əlavə 2 yumurtanın ağını vurun.
✅ Yumurtanın sarısını üzərinə çəkmək üçün saxlayın.
✅ Mayanı ilıq suda həll edib, una tökərək xəmir yoğurun.
✅ Xəmiri acıması üçün isti yerə qoyun.
✅ Xəmir acıyanda bir də yoğurub acımağa qoyun.
✅ Beləliklə, xəmiri 2 dəfə yoğurun.

Nazik Şirniyyatının Bişirilmə Qaydası
3

✅ Mayalanan xəmiri kündələyin.
✅ Sonra kündəni bir az açıb üzərinə naxış vurun.
✅ Yumurta sarısına bir az su və sarı rəng qatıb şirniyyatın üzərinə çəkin.
✅ Sobanı əvvəlcədən qızdırın.
✅ Hazır Naziyi əvvəlcədən qızdırdığınız sobada bişirin.

Qeyd!
4

Nazik

✅ Azərbaycan milli mətbəxi çox zəngindir.
✅ Hər bölgəsinin özünəməxsus kulinariyası var.
✅ Bu yazımızda sizlərə Gəncənin ən məşhur şirniyyatı olan "Naziyin" reseptini verəcəyik.
✅ Qeyd edək ki, nazik adətən bayram günlərində bişirilən yağlı şirin çörəkdir.
✅ Gəncədə gəlin köçən qızlar üçün bişirilir.
✅ Qız gəlin gedən günü nazik xonçası oğlangilə göndərilir.
✅ Ona görə də toy nazikləri xüsusi diqqət və ustalıqla bişirilir.

Nuş Olsun!