Yazdırma Seçimləri:

Neftçala üsulu balıq dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 10 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 55 dəq

Neftçala üsulu balıq dolması

Lazım olan ərzaqlar
 1,20 kq balıq
 2 ədəd soğan (xirda dogranilmis)
 3 ədəd pomidor (kub doğranmış)
 keşniş və şüyüd ( istədiyiniz qədər)
 2 yemək qaşığı quru nanə (qışda)
 3 yemək qaşığı təzə nanə (yaz üçün)
  qara bibər (istədiyiniz qədər)
 1 yemək qaşığı maye yağ
 3 ədəd kartof və ya üzüm yarpagi (bişirmək üçün)
Hazırlanma qaydası
1

Neftçala üsulu balıq dolması

Azərbaycanın Neftçala bolgəsinə aid olan bu yeməyi hazırlamaq üçün Çəki, Kütüm, Çapak, Alabalıq, kimi balıq növlərini istifadə etmək lazımdı.
Balığınızı yaxçıca təmizlədikdən və qəlsəmə qapaqlarını çıxardıqdan sonra, bol duzda bir neçə gün gözlədin.
Orta boylu bir balıq üçün 250-300 qr. duz istifadə edin.
Sonra balığın duzunu yuyub bol suya qoyun.
Hər 1-1,5 saatdan bir suyunu dəyişin.
Bu minivalla balığı 5-6 saat bol suda saxlayin.
Artiq balığınız hazirdir.
İndi gəlin icini hazirlayaq.
Xırda doğradığınız soğanları yağda çəhrayılaşana qədər qovurun.
Sonra pomidorları da əlavə edib qarışdırın .
Keşniş və şüyüdü əlavə edib bir az qarişdirdiqdan sora nanəni əlav ə edib 1-2 dəqiqə qarişdirdiqdan sora sobani sondurun.
Sonra balığı bütöv yerləşdirə biləcək bir tava göturun.
Kartofları soyub 1 sm qalinliğında dairəvi şəkildə doğrayin.
Tavaya düzüb üstünə bir az qalmişa kimi su tökün amma , kartofun üzərinə su çıxmamaq şərti ilə.
Sonra baliğın içini düzəltdiyiniz iclik ilə doldurun.
Təmiz bir iynə sap ilə balığın qarnini tikin.
Bundan sonra tavaya qoyub ağzını bağlayın və suyu quruyana qədər qalsin sobanin uzərində.
Tavanin qapaqini tez- tez acmayin!
Tavaya yag da tokməyin çünki baligin icindəki iclik yaglidir.
Tavada su qurtardiqdan sonra baliq dolmamiz hazirdir.

Nuş olsun!