Yazdırma Seçimləri:

Nərgiz Salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 5 dəq

nərgiz salatı

Lazım Olan Ərzaqlar
 200 q toyuq əti
 2 ədəd soğan
 300 q göbələk
 2 ədəd kartof (suda qaynadılmış)
 200 q pendir (ağ rəngli holland pendiri də olar)
 2 ədəd kök (suda qaynadılıb bişirilmiş)
 mayonez
 xama
 göyərti zövqə görə
 duz
 istiot
Bəzəmək Üçün
 yumurta
Nərgiz Salatı Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz baş soğanları soyun.
✅İstifadə edəcəyiniz göbələkləri yuyun.
✅ Göbələklərin içərisində torpaq hissəciklərinin qalmaması, təmiz olması üçün yuduqdan sonra geniş bir qaba su qoyun və göbələkləri bu suda biraz gözlədin.
✅ Bundan sonra yenidən yuyun və suyunu çəkməsi üçün süzgəcdə gözlədin.
✅ İstifadə edəcəyiniz kartofları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz kökü yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz toyuq ətini təmizləyib yuyaraq aşsüzənə yığın.
✅ Lazım olacaq mayonezi bir kasaya yığın.
✅İstifadə edəcəyiniz ağ pendir və holland pendirini kasalara yığın.
✅İstifadə edəcəyiniz yaşıl soğanı təmizləyib yuduqdan sonra mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.

Nərgiz Salatı Üçün Ərzaqların Hazırlanması
2

✅ Soğanları soyduqdan sonra bu baş soğanlardan birini doğrayın .
✅ Soğanları soyduqdan sonra bu baş soğanlardan birini doğrayın və əvvəlcədən təmiz yuyulub suyunu çəkən göbələklə bir tavada qızardın.
✅Kartof və kökləri suda qaynadıb qabığını soyun.
✅ Kartofların qabıqlarını soyduqdan sonra əzib sürtgəcdən keçirdin.
✅ Bundan sonra qabıqları soyulan bişmiş kökləri də əzib sürtgəcdən keçiriin.
✅ Kartof və kök sürtgəcdən keçirildiyi zaman, içərisində iri parçalar qalmır.
✅ Tamamilə əzilmiş olur və salat daha səliqəli olur.
✅ Toyuq ətini suda bişirin və didib salat üçün hazırlayın.
✅ Ağ və ya holland pendirini də rəndədən keçirin.

Nərgiz Salatının Hazırlanması
3

✅ Bundan sonra bir boşqabın dibinə əvvəlcədən bişirib, didib hazırladığınız toyuq ətini düzün.
✅ Didilmiş toyuq ətinin üzərindən lay - lay əzilib sürtgəcdən keçirilmiş kartof və kökü də düzün.
✅ Bu zaman layların arasına mayonez vurun.
✅ Salatın üst qatına isə yağda qızardılmış soğan və göbələk qızartmasını vurun.
✅ Bunların üzərini də mayonez və xama ilə yaxşıca örtün.
✅ Pendir qırıntılarını da salatın üzərinə səpin.

Nərgiz Salatının Bəzədilməsi
4

✅ İndi isə sıra gəldi salatın bəzədilməsinə.
✅ Bunun üçün kökü suda bişirin.
✅ Sonra bu suda bişmiş kökləri nazik halqa formasında kəsin.
✅ Kök halqalarının ortasını ehtiyatla çıxardın.
✅ İçi çıxardılmış kökləri nərgiz gülü kimi düzün.
✅ Çiçəklərin saplaqları üçün isə göy soğandan istifadə edin.
✅ Nərgiz gülü ləçəklərinin içərisini doldurmaq üçün yumurtanı suda qaynadın.
✅ Qaynayıb bişən yumurtaların qabıqlarının rahat soyulması üçün isti - isti soyuq suya tutun.
✅ Yumurtaların qabıqlarını soyun.
✅Ağını ayırın.
✅ Yumurtaların sarısını sürtkəcdən keçiridin.
✅ Bu əzdiyimiz yumurta sarıları ilə bişmiş kökdən hazırladığımız nərgiz güllərinin ləçəklərinin boşluqlarını doldurun.

Nərgiz Salatının Servis Edilməsi
5

Bu salatı istədiyiniz zaman istədiyiniz yeməklərlə birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!