Yazdırma Seçimləri:

Noxud Salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqÜmumi Vaxt10 dəq

Noxud zülallarla zəngindir. Bu zülallardan orqanizmdə əvəzolunmaz aminturşular sintez olunur.

Zülallardan əlavə noxudun tərkibində nişasta, yağlar, sellüloz (təbii liflər), B qrupu, E, H, PP vitaminləri, beta-karotin (orqanizmdə beta-karotindən A vitamini sintez olunur), kalium, kalsium, natrium, maqnezium, fosfor, yod, sink, dəmir və s. kimi mikroelementlər var.
Noxud əsl təbii vitamin-mineral kompleksidir. Məhz bu zəngin tərkib noxudu insanın sağlamlığı üçün çox faydalı edir. Bu tərəvəzin bütün növləri xeyirlidir.Noxud insanın ürək-damar sistemi üçün çox faydalıdır.Noxud sidikqovucu və antiseptik xüsusiyyətlərinə malikdir. Noxud bağırsaqlar üçün də faydalıdır.Noxud qurdqovucu təsirinə malikdir.
Noxud sümüklər və dişlər üçün də çox faydalıdır.

Noxud Salatı Üçün Lazım Olan Ərzaqlar
 250 q bişmiş noxud
 10 ədəd çerri pomidor
 2 ədəd xiyar turşusu
 çəfəri
 1 çay qayığı duz
 2 ədəd közlənmiş qırmızı bibər
 3 yemək qaşığı zeytun yağı
 limonun suyu
Noxud Salatı Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz Noxudu yuyub təmizləyərək kasada islanmağa qoyun.
✅İstifadə edəcəyiniz xiyarı bir kasaya yığın.
✅Lazım olacaq cəfərini təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olacaq duzu kasaya yığın.
✅İstifadə edəcəyiniz qırmızı bibəri yuyub kasaya yığın.
✅İstifadə edəcəyiniz limonları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olacaq qədər zeytun yağını kiçik kasaya yığın.

Noxud Salatı Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅İstifadə edəcəyiniz noxudun suyunu süzün yumşalması üçün bişirin.
✅Noxud salatına qatacağınız limonu kəsib suyunu bir kasaya sıxın.
✅Yuyub sərdiyiniz cəfərini kiçik-kiçik doğrayın.
✅Salata qatacağınız xiyar turşusunu doğrayıb kasaya yığın.
✅Noxud salatına qatacağınız qırmızı bibəri tavada və ya ocaqda közləyin.

Noxud Salatının Hazırlanması
3

✅Hazırladığınız bütün ərzaqları iri bir kasada qataraq yaxşıca qarışdırın.
✅Üzərinə hazırladığınız limon suyunu da əlavə edib qarışdırın.

Noxud Salatının Servis Edilməsi
4

✅Hazırladığınız salatı sevdiyiniz bir yeməklə və yaxud da sadəcə salatı servis edə bilərsiniz.
✅Pəhriz saxlayanlar üçün xüsusi ilə çox möhtəşəm bir yeməkdir.

Nuş Olsun!