Yazdırma Seçimləri:

Ördək Dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat 25 dəq

Ördək dolması

Lazım Olan Ərzaqlar
 1 ədəd yaşılbaş ördək
 3 stəkan düyü
 5 ədəd soğan
 4 yemək qaşığı bibər tomatı
 duru yağ
 istiot
 kəklikotu
 duz
Hazırlanma Qaydası
1

✅ Ördəklərin üzərinə qaynar su tökün.
✅ Bir az gözləyin.
✅ Qaynar su töküldükdən sonra tüklər rahatlıqla çıxır.
✅ Bundan sonra ocaqda ördəyin qalan tüklərini yandırın.
✅ Bunu da təmizlədikdən sonra ördəyin qarnı açılır və təmizlənir.
✅ Təmizlədiyiniz ördəyi təmiz-təmiz yuyub suyunu axıtmaq üçün bir yerdən asın.
✅ Ördəyin suyu çəkildikdən sonra istiot, kəklikotu, duz qataraq ördəyin içinə və çölünə sürtərək ovxalayın.
✅ Bu proses bişirməzdən 12 saat əvvəl yerinə yetirilsə daha yaxşı olar.
✅ İç plovu hazırlamaq üçün soğanları kiçik-kiçik doğrayın.
✅ Doğradığınız soğanları yağda qovurun.
✅ Bibər tomatı və düyünü əlavə edin.
✅ Düyülər də qovrulduqdan sonra istiotu, duzu və 1 stəkan isti suyu əlavə edin.
✅ Düyüdən diri bir plov bişirin.
✅ Ördəyin içini plov ilə doldurun və qarnını tikin.
✅ Böyük bir qazanda dolan ördəyi yağda qızardın.
✅ Bir az bibər tomatı əlavə edin.
✅ Ördəyi tomatlı yağ ilə o üz bu üz qızardın.
✅ Ördəyi qazana alın.
✅ Yarısına qədər isti su doldurun.
✅ Bir az duz atın.
✅ Qaynayan ördəyi daha 30 dəqiqə qədər bişirin.
✅ Bişən ördəyi servis tabağına alın.
✅ İstərsəniz plovun üzərinə ətləri alaraq servis edin.

Nuş Olsun!