Yazdırma Seçimləri:

Osetiya Çörəyi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

Qəhvəaltıda, çay saatlarında fərqli və daha öncədən heç hazırlamadığınız bir çörək tərifi vermək istəyirik Osetiya çörəyi tərifi tam da sizin axtardığınız bir ləzzətdir.
Kartof və holland pendiriylə ləzzətlənən, hər dişləmədə yumşaqlığına heyran buraxan bu çörəyi hazırlamaq da çox rahatdır.

Yumşacıq Osetiya çörəyi

Osetiya Çörəyi Üçün Lazım Olan Ərzaqlar
 2 stəkan ilıq süd
 1 çay qayığı quru maya
 1 yemək qaşığı şəkər tozu
 ½ stəkan duru yağ
 600 q un
 1 çay qayığı duz
Osetiya Çörəyinin İçliyi Üçün
 3 ədəd bişmiş kartof
 1,50 stəkan rəndələnmiş holland pendiri
 1 çay qayığı duz
Osetiya Çörəyinin Üzəri Üçün
 1 yemək qaşığı kərə yağı
Osetiya Çörəyinin Hazırlanma Qaydası
İçliyin Hazırlanması
1

✅Bişirib soyduğunuz kartofları rəndələyin və ya əzin.
✅Üzərinə rəndələnmiş pendiri və duzu əlavə edib qarışdırın.
✅Hazır içi bir kənarda gözlədin.

Osetiya Çörəyi Üçün Xəmirin Hazırlanması
2

✅Geniş bir qarışdırma kasasında ilıq süd və quru mayanı qarışdırın.
✅Üzərinə toz şəkər və duru yağ əlavə edib yenidən qarışdırın.
✅Un və duzu da əlavə edib yumşaq bir xəmir əldə edənə qədər yoğurun.
✅Hazırladığınız xəmirin üzərinə streç film çəkərək otaq temperaturunda 1 saat mayalandırın.

Osetiya Çörəyinin Bişirmək Üçün Hazırlanması
3

✅Mayalanmış olan xəmiri 3 parçaya bölün.
✅Xəmiri əllə açacağınız üçün, xəmirin yapışmaması üçün əllərinizi yağlayın.
✅Dəzgaha aldığınız xəmiri dairə şəklində, yemək tabağı böyüklüyündə əlinizlə açın.
✅Hazırlamış olduğunuz içi də 3 hissəyə bölün və hazırladığınız xəmirin orta hissəsinə əlave edin.
✅Xəmiri kənarlardan toparlayıb ortada birləşdirin.
✅Xəmiri tərs çevirib yenə əvvəl açdığınız kimi əllərinizi yağlayıb açın.
✅Hazırladığınız çörəyi bişirmə kağızı sərili soba sinisinə qoyun.
✅Xəmirin orta hissəsini bıçaq yardımıyla kiçicik açın.
✅Əvvəlcədən 220 dərəcə qızdırdığınız sobada 12
✅Dəqiqə
nəzarət edərək bişirin.
✅Bişən çörəyi sobadan çıxartdıqdan sonra üzərini kərə yağıyla yağlayın.

Osetiya Çörəyinin Bişirilməsi
4

✅Hazırladığınız çörəyi bişirmə kağızı sərili soba sinisinə qoyun.
✅Xəmirin orta hissəsini bıçaq yardımıyla kiçicik açın.
✅Əvvəlcədən 220 dərəcə qızdırdığınız sobada 12
✅Dəqiqə
nəzarət edərək bişirin.
✅Bişən çörəyi sobadan çıxartdıqdan sonra üzərini kərə yağıyla yağlayın.

Osetiya Çörəyinin Servis Edilməsi
5

Osetiya çörəyini dilimləyərək servis edə bilərsiniz.

Nuş Olsun!