Ovdux hazırlamaq üçün qaynadılıb soyudulmuş su qatıqla qarışdırılır.
Qabığı soyulmuş xiyar və göyərti xırda doğranılır.
Durulaşdırılmış qatığa qarışdırılır.
Duz və sarımsaq qatılıb soyuducuya qoyulur.
Ovdux soyuq halda süfrəyə verilir.
Ovdux, adətən, ətsiz hazırlanır.
Müstəsna hallarda ovduxa bişirilib xırda doğranmış mal əti və bərk bişirilmiş yumurta qatılır.