Yazdırma Seçimləri:

Özbək çörəyi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 50 dəq

Özbək çörəyi

Lazım olan ərzaqlar
 4 stəkan un ,
 1 stəkan süd
 1 ədəd yumurta
 ½ paket yaş maya
 2 yemək qaşığı kərə yağı
 duz
 su
Üzərinə
 1 ədəd yumurta
 cirə
Hazırlanma qaydası
1

Özbək çörəyi

Unu qarışdırma qabına alın.
Ortasını açaraq mayasını qoyun.
Mayanın üzərinə südü tökün.
Yumurtanı qırın.
Unun üzərinə duzunu atın.
Ortada əvvəlcə mayanı əridin.
Sonra xəmiri yoğurmağa başlıayın.
Yetərin qədər ilıq su əlavə edərək qulaq məməsi kimi bir xəmir əldə edin.
Xəmirə un səpərək açın.
Uzun bir xəmir açdıqdan sonra üzərinə kərə yağını sürtün.
Xəmirdən 2-3 sm qalınlıqda parçalar kəsin.
Kəsdiyiniz xəmirləri rulon bükün.
İlk rulonu kəsilmiş ikinci xəmirin üzərinə qoyara yenidən rulon şəklində sarıyın.
Bütün kəsilmiş xəmirləri üst-üstə qoyub rulon bükün.
Sonunda böyük bir parça rulon əldə edəcəksiniz.
Yağlanmış yuvarlaq kiçik bir siniyə rulonu qoyun.
Xəmirin üzərinə əlinizlə basaraq sini böyüklüyünə gətirin.
Yumurtanı qırıb çırpın.
Xəmirin üzərinə yumurta sürtün.
Kiçik kurabiyə qəlıbləriylə üzərinə basaraq şəkil verin.
Kənarlarına küncüt sərpin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun!