Yazdırma Seçimləri:

Özbək mantisi

Verimlilik3 PorsiyonHazırlanma Müddəti1 saatBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 40 dəq

Özbək mantisi

Lazım olan ərzaqlar
 2 ədəd yumurta
 duz
 lazım olan qədər su
 1 kq un
 1 kq qiymə
 800 q soğan
 istiot
 bibər
 kərə yağı
Mantı xəmirinin hazırlanması qaydası
1

Özbək mantısi hazırlamaq üçün əvvəlcə un ələnir.
Burada məqsəd unun həm havalanması, həm də içərisində yad cisimlər varsa onlar təmizlənməlidir.
Xəmir hazırlanacaq geniş bir qaba 2 ədəd yumurta qırılır.
Yumurtalara xəmirin duzu əlavə edilir.
Çəngəl vasitəsi ilə yumurtalar çalınır və duz qarışdırılır.
Bundan sonra yavaş- yavaş yumurtaya su əlavə edilir.
Qarışdırılaraq durulaşdırılır.
Xəmirin yumurtalı suyuna daha sonra əvvəlcədən ələnən unu yavaş- yavaş əlavə edilib xəmir yoğrulur.
Xəmir yoğrulub hazır olduqdan sonra dəzgahın üzərinə bir az un səpilir.
Yumurtalı manti xəmiri burada masanın üzərində də bir az yoğrulur və üzərinə bir nəm dəsmal örtülərək gözlədilir.
Bu gözləmənin müddəti: 10-15 dəqiqədir.

İçliyin hazırlanması
2

İçlik hazırlamaq üçün əvvəlcə ət qiymə maşınından keçirilir.
Yağsız olduğu təqdirdə içərisinə bir az da quyruq əlavə edilir.
Soğan kiçik - kiçik doğranılır.
Yaxşıca doğranılan soğan yağlı qiyməyə qarışdırılır.
Bundan sonra duz səpilir.
Üzərindən əzilmiş istiot və qırmızı bibər səpilir.
Yaxşıca qarışdırılır.
Bu arada dincəlməyə qoyduğumuz xəmiri yenidən bir az yoğururuq.
10-15 dəqiqə yenidən gözləyirik.
Gözlətdiyimiz xəmiri kiçik kündələr halına gətiririk.
Masanın üzərinə bir az un səpirik.
Oxlov vasitəsi ilə yuxa yayırıq.
Hazırladığımız yuxadan kvadrat şəkilli parçalar kəsirik.
Doğranmış xəmirin içərisinə hazırladığımız qiyməli içlik qoyulur.
Bundan sonra mantı qazanının parçalarının içərisi maye yağ vasitəsi ilə yüngülvari yağlanır.
Bükülmüş mantılar buxar qablarının içərisinə düzülür.
Qazanın içərisinə su qoyulur və ağzını örtərək qaynamağa qoyulur.
Su qaynadıqdan sonra içərisində mantılar olan hissələr qazanın üzərinə qoyulur. Təqribən 35-40 dəqiqə mantılar buxarda bişir.
Bir qabın içərisinə kahı yarpaqları və kiçik pomidorlar düzülür.
Mantılar kahı yarpaqlarının üzərinə səliqə ilə düzülür.
Mantılarin üzərlərinə bir az kərə yağı əridərk gəzdirilir.
Bu şəkildə servis edilir.

Nuş olsun.
Qida Dəyərləri

Porsiya 3