Yazdırma Seçimləri:

Padişah kababı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt45 dəq

padisah kababı

Lazım olan ərzaqlar
 400 q quşbaşı quzu əti
 100 q quyruq yağı
 2 diş sarımsaq
 1 çimdik qırmızı pul bibər
 duz
Qarnitür üçün
 3 ədəd pomidor
 1 ədəd qırmızı bibər
 5 ədəd qırmızı soğan
 1 dəstə cəfəri
 lazım olan qədər lavaş
 narşərabı
 zeytun yağı
Hazırlanma qaydası
1

padisah kababı

Quzu quşbaşı ətini incə bir şəkildə doğrayın.
Əti maşında çəkin.
Duz və pul bibər qatıb yoğurun.
Taxta şişlərə yığıb yağlanmış soba sinisinə yığın.
Əvvəlcədən 240 dərəcə qızdırılmış sobada bişirin.
Qarnitürü üçün, pomidorları soyun.
Kiçik bir şəkildə doğrayın.
Qırmızı soğan, qırmızı bibər və cəfərini doğrayın.
Pomidorlarla birlikdə qarışdırma qabına qoyun.
Duz, zeytun yağı və nar şərabı qatıb qarışdırın.
Servis tabağına lavaş və qarnitürü qoyun.
Üzərinə kababları yerləşdirib servis edə bilərsiniz.

Nuş olsun!