Yazdırma Seçimləri:

Parça bozbaş

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 15 dəq

Lazım olan ərzaqlar
 163 q qoyun əti
 15 q qoyun quyruğu
 100 q kartof
 30 q noxud
 25 q şabalıd
 20 q quru alça
 20 q heyva
 1 ədəd iri baş soğan
 ½ dəstə şüyüd
 1 çimdik sarıkök yaxud zəfəran
 1 çimdik nanə qurusu
 1 çimdik sumax
 duz (zövqə görə)
 istiot (zövqə görə)
Hazırlanma qaydası
1

Parça bozbaş da piti kimi hazırlanır.
Ancaq bəzi incəlikləri Pitidən fərqlidir.
Belə ki, Parça Bozbaşın hər payı ayrı-ayrı qabda deyil, bir neçə payı ümumi qabda bişirilir.
Parça bozbaş bişirmək üçün əvvəlcə qoyun cəmdəyinin döş, boyun yaxud kürək hissəsindən tikələr götürülür.
Hər hissədən hər biri təqribən 60-80 qram ağırlığında 2-3 tikə ət götürülür.
Parça Bozbaş bişirərkən əvvəlcədən noxud suda yumşalması üçün isladılır.
Noxud ən azı 3-4 saat suda gözlədilməlidir.
Bundan sonra isladılmış noxud və ət üzərinə soyuq su əlavə edilərək bişirilir.
Xörəyi bişirərkən daha dadlı olması üçün vam odda bişirməyə diqqət etmək lazımdır.
Xörəyin hazır olmasına 20 dəqiqə qalmış baş soğan, doğranmış kartof əlavə edilir.
Bu zaman baş soğan və kartof çox tez əlavə edilməməlidir.
Çünki, vaxtından əvvəl əlavə edilən baş soğan və kartof əzilər.
Şabalıd yarılıb az duzlu suda bişirilir, qabığı soyulub bulyona salınır.
Sonra xörəyə dilimlənmiş heyva, alça, hər iki paya bir xörək qaşığı ədviyyat (döyülmüş sarıkök yaxud zəfəran şirəsi) qatılır.
Xörək hazır olana yaxın içinə qiymə halına gətirilmiş quyruq əlavə edilir.
Mövsümündən asılı olaraq xörəyə alça yerinə soyulmuş pomidor (hər paya 30 q) qatılır.

Süfrəyə verilmə qaydası
2

Xörək süfrəyə verilən zaman üstünə ufalanmış nanə qurusu səpilir.
Bu xörəyə xüsusi aroma verir.
Süfrədə bozbaşın yanına ayrı bir qabda doğranmış baş soğan və sumaq da qoyulur.

Nuş olsun!