Yazdırma Seçimləri:

Paxlava

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 25 dəq

Azərbaycan paxlavası – milli mətbəximizin və Novruzun ulduz simvoludur. Novruz süfrələri ilə yanaşı, eyni zamanda isə gəlin xonçalarının bəzəyidir .Xonçalarımızın bəzəyin olan paxlava həm də süfrələrimizin bəzəyidir. Milli mətbəximizə məxsus olan paxlavanın ətrindən, dadından doymaq olmaz. Qoy hər bir kəsin süfrəsində paxlava olsun.

paxlava

Lazım Olan Ərzaqlar
 1 stəkan süd
 1 ədəd yumurta
 100 q kərə yağı
 1 çay qayığı quru maya
 1 yemək qaşığı şəkər tozu
 1 kq un (xəmirə 700 qr-a kimi sərf olunacaq, yerdə qalanı yayma zamanı istifadə olunur)
 400 q kərə yağı
 vanil
 2 yemək qaşığı bal (və ya şəkər siropu - 2 xörək qaşığı şəkər tozu + su+ sarı kök)
 2 ədəd əlavə yumurta sarısı
 1 çay qayığı zəfəran(2 xörək qaşığı qaynar suda dəmləyin)
 2 ədəd 48-54 sm diametrli forma
İçlik Üçün
 1 kq xırdalanmış qoz, fındıq və ya badam
 1 kq narın şəkər tozu
 34 çay qayığı üyüdülmüş un formasında hil
 üyüdülmüş un formasında muskat cevizi
Paxlava Üçün Ərzaqların Hazırlanması
1

✅Qozu qozçəkən maşınında xırdalayıb şəkər tozu, hil, muskat cevizi və vanillə qarışdırın.
✅Unu bir kasaya ələyin.
✅Yumurtanı yuyub sildikdən sonra bir kasaya sındırın.
✅Qozu azca qovurub qabığını sərt bir dəsmalla təmizləyin.
✅Kərə yağını əridin.

Paxlava Xəmirinin Hazırlanması
2

✅Xəmiri hazırlamaq üçün: kərə yağı əridilir.
✅Süd qızdırılır və ilıq halda kərə yağına əlavə edilir.
✅Ələnmiş una 1 ədəd yumurta, duz, süd-yağ qarışığı, vanil və maya əlavə olunub yumşaq xəmir yoğrulur.
✅Xəmir isti yerdə 30 dəq. saxlanılır.

Paxlavanın Hazırlanması
3

✅Paxlava xəmirini iki yerə bölün.
✅Birinci hissəni 12 kündəyə ayırın, kündələrdən 2-ni (ilk və sonuncu qat üçün) digərlərindən böyük edin.
✅Formanı yağlamaq lazım deyil, sadəcə azca unlayın. İri kündələrdən birini yayıb formanın dibinə sərin.
✅Xəmirin üstünə 3-4 xörək qaşığı iç səpib bərabər yayın.
✅Kiçik kündələri bir-bir bacardığınız qədər nazik yayıb formaya sərin.
✅Xəmirin uclarını formanın divarlarına yapışdırın.
✅Paxlavanın keyfiyyəti layların nazikliyi ilə ölçülür.
✅Üzərinə iç səpin.
✅Prosesi kündələr bitənədək davam edin.
✅Nazik laylar cırılarsa, çəkinmədən istifadə edin, bişdikdən sonra hiss olunmayacaq.
✅Sonda ehtiyatla böyük kündəni yayıb paxlavanın üstünə sərin.
✅Xəmiri barmağınızla bıçağın hər iki tərəfindən tuta-tuta paxlavanı romb formasında doğrayın.
✅Kəsərkən bıçağı paxlavanın dibinə kimi aparın.
✅Hər paxlava rombunun ortasına yarım ədəd qoz (fındıq, badam) tərkibindən asılı olaraq basın.
✅Üstdən fırça ilə zəfəranlı yumurtalı qatışıqdan çəkin

Paxlavanın Bişirilməsi
4

✅ Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə, yumurta quruyana kimi bişirin.
✅Sobadan çıxarıb ehtiyatla 200 qr. əridilmiş yağ tökün.
✅Yenidən sobaya qoyub 25-30 dəqiqə, qızarana kimi bişirin.
✅Sonuncu dəfə çıxarıb paxlavanın üzərinə 1 stəkan əridilmiş bal və ya şərbət gəzdirin.
✅Şərbəti bərabər tökmək əsas nüanslardan biridir.
✅Yenidən sobaya qoyub 5 dəqiqə bişirin.

Paxlavanın İstifadə Qaydası
5

✅Paxlavanı bişirdiyiniz istidə soyudun.
✅Tamamən soyumadan yenidən bıçaqla sərhədləri kəsin.
✅Bu ərzaqlarla sizdə 2 forma paxlava, hərəsində 25 ədəd alınmalıdır.
✅Sərin yerdə 1 aya kimi saxlamaq olar.

Paxlavanın Servis Edilməsi
6

Bayram süfrələrinin bəzəyi olan paxlavanı çayla birlikdə servis etmək olar.

Nuş Olsun!