Yazdırma Seçimləri:

Paytaxt Salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt40 dəq

paytaxt salatı

Lazım Olan Ərzaqlar
 6 ədəd kartof
 kök
 6 ədəd yumurta
 5 ədəd xiyar turşusu
 400 q ət(mal əti yaxud toyuq əti)
 200 q göy noxud
 100 q şüyüd
 200 q mayonez
 200 q xama
 duru yağ
Paytaxt Salatı Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz mayonez və xamanı ayrıca kasalara yığın.
✅İstifadə edəcəyiniz kartofu və yerkökünü yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz mal əti və yaxud da toyuq filesini təmizləyib yuyaraq aşsüzənə yığın.
✅Lazım olacaq duzlu xiyarı kasaya yığın.
✅İstifadə olunacaq yaşıl xiyarı da kasaya yığın.
✅Lazım olacaq cəfəri, şüyüd, yaşıl soğanı təmizləyərək yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olacaq duzu və istiotu da ayrıca kasalara yığın.

Paytaxt Salatı Üçün Ərzaqların Hazırlanması
2

✅ Paytaxt salatı hazırlamaq üçün kartof, yerkökü, mal əti və yumurtanı əvvəlcədən qaynadın.
✅ Mal əti yoxdursa toyuq filesindən də istifadə edə bilərsiniz.
✅Mal əti yaxud da toyuq ətini qaynadın.
✅ Kartof və yerkökünün qabığını təmizləyin.
✅ Yumurtanı soyub ağı və sarısını ayırın.
✅ Kartof, yerkökü, mal əti və yumurtanın ağını xırda-xırda doğrayın.
✅Yumurtanın sarısını isə iki əl arasında ovun.
✅ Duzlu xiyarı xırda-xırda doğrayıb süzgəcə yığın ki, duzlu suyu çıxsın.
✅ Əks halda salat su salar.
✅ Cəfəri, şüyüd və yaşıl soğanı xırda -xırda doğrayın, göy noxudun da suyunu süzün.

Hazırlanma Qaydası
3

✅Bütün ərzaqları birlikdə qarışdırın.
✅Zövqə görə duz və istiot vurun.
✅ Mayonez və xamaya bitki yağı əlavə edib qarışdırın.

Diqqət
4

✅ Soyuq formada verilməsi məsləhətdir.
✅ Dadların qarışması üçün 1 gün öncədən hazırlansa daha dadlı olar.

Servis Edilməsi
5

✅ Bayram süfrələri üçün hazırlanan paytaxt salatının üstünü fərqli formalarda bəzəyə bilərsiniz.
✅ Yeni ildə yolka şəklində, Novruz byramında isə səməni fiqurlarında bəzək verə bilərsiniz.
✅ Paytaxt salatını süfrəyə verən zaman ona mayonez qarışdırın.
✅ Salat qabına təpəcik şəklində yığılmış paytaxt salatının üstünə bir qaşıq xama yaxud mayonez tökülüb biraz yumurta sarısı ovuntusu səpin.
✅ Fiqurlu kəsilmiş turp və bişmiş yerkökü ilə də bəzəmək olar.

Nuş Olsun!