Yazdırma Seçimləri:

Pəhriz Keksi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

Pəhriz keks

Lazım Olan Ərzaqlar
 3 ədəd yumurta
 1 stəkan süd
 1 stəkan un
 1 stəkan manna yarması
 1 stəkan üzüm
 1 stəkan təzə ərik
 1 paket vanil
 1 paket qabartma tozu
 1 stəkan duru yağ
Hazırlanma Qaydası
1

✅ Üzümü əvvəlcə yuyun.
✅ Çöplərini təmizləyin.
✅ Təmizlədiyiniz üzümləri bir qaba yığıb üstünü bağlayacaq qədər su qoyub gözlədin.
✅ Ərikləri də eyni qaydada yuyub təmizləyin.
✅ Əriyin çəyirdəyinin çıxarıb doğrayın.
✅ Yumurtanı dərin bir qaba sındırın.
✅ Yumurtanı çalıb, qabartma tozu, duru yağ, vanil,mannı, un və 1 stəkan südü də əlavə edib10 dəqiqə yenidən çırpın.
✅ Sarı üzüm və doğranmış qaysını da əlavə edib qarışdırın.
✅ Artıq keksin xəmir hazırdır.
✅ Soba listini yağlayın.
✅ Keks xəmirini yağlanmış uzun keks qəlibinə töküb 15 dəqiqə daha gözlədin.
✅ 180 dərəcəlik sobada 30-35 dəqiqə bişirin.

Nuş Olsun!